Bəzən satirik, bəzən üsyankar. 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəminin ardınca gedirik. “Sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə qurduğumuz Qıy Vaar!-ın məqsədi LGBTQ+lərin səslərinin eşidiləcəyi və təmsil olunacağı bir məkan yaratmaqdır.
Kimliklərimizin rəqəmsal mühitlərdə də görməzdən gəlindiyini, səslərimizin boğulduğunu görürük. Buna görə də LGBTQ+lərin öz mikrofonunu tuta biləcəyi, öz sözünü deyə biləcəyi bir platforma qururuq.
İlk gündən müəyyən fond dəstəkləri alsaq da, platformamız əsasən fərdi imkanlar hesabına ayaqda qalıb. Təşəbbüskar jurnalistlərin və kuir məzmun yaradıcılarının səyləri ilə beş ildən çoxdur ki, Azərbaycan dilində LGBTQ+ jurnalistikasına tövhə veririk. Məhkəmələri izləyir, LGBTQ+ vətəndaşların üzləşdiyi problemlərə işıq tutur, icmanı narahat edən mövzuları öz qələmimizlə gündəmə gətiririk.
Hazırda ciddi bir böhranla üz-üzəyik. Müstəqil media üzərində artan təzyiqlər və jurnalist həmkarlarımızın işlərinin əngəllənməsi əvvəlki qədər araşdırma aparmağımızı çətinləşdirib. Bu vəziyyət mövcud komandamızın üzərinə daha çox yük qoyub. Qıy Vaar!-da oxuduğunuz gündəlik sosial, siyasi və mədəniyyət xəbərlərinin böyük hissəsi bu gün könüllü əməyin hesabına hazırlanır. Biz bu işi davam etdirmək istəyirik. Azərbaycandan müstəqil LGBTQ+ səslərini yüksəltməyə, yeni araşdırmalar hazırlamağa, daha güclü vizual və multimedia məzmunları yaratmağa davam etmək istəyirik. Bunun üçün isə oxucularımızın dəstəyinə ehtiyacımız var.
İanəniz Qıy Vaar!-ın gündəlik fəaliyyətini, araşdırmalarını və məzmun istehsalını davam etdirməsinə kömək edəcək. Eyni zamanda bizimlə əlaqə saxlayan və müxtəlif formalarda dəstəyə ehtiyac duyan LGBTQ+ şəxslər üçün resurslar tapmaq imkanlarımızı gücləndirəcək. Əgər imkanınız varsa, bizi birdəfəlik ianə ilə dəstəkləyin. Maddi vəziyyəti əl verməyən hamıya səmimi təşəkkür edirik.

