Veronadakı trans anım tədbirində Azərbaycandan Aydan da xatırlanıb

Veronadakı trans anım tədbirində Azərbaycandan Aydan da xatırlanıb

İtaliyanın Verona şəhərində Transfobiya Qurbanlarının Anım Günü münasibətilə keçirilən tədbirdə transfob zorakılıq nəticəsində qətl edilənlərin hekayələri yad edilib. Noyabrın 20-də Tumulto Pride Verona tərəfindən Piazza Santa Toscana meydanında təşkil olunan anım tədbirində transların adları yazılmış kağızlar və şamlar yerləşdirilib. Onların arasında 19 fevral 2026-cı ildə Bakıda öldürülən Aydanın adı da olub.

Tədbir trans və qeyri-binarların transfob zorakılıq nəticəsində həyatını itirməsini xatırlamaq, onların adlarını, hekayələrini və həyatlarını görünən etmək məqsədi daşıyıb. Təşkilatçıların çağırışında kollektiv yaddaşın yalnız anım mərasimi ilə məhdudlaşmamalı, diskriminasiya və transfobiyaya qarşı mübarizəyə çevrilməli olduğu vurğulanıb.

Paylaş