Qıy Vaar! 25 Noyabr bəyanatı: Zorakılıq ailə məsələsi deyil

Qıy Vaar! 25 Noyabr bəyanatı: Zorakılıq ailə məsələsi deyil


25 Noyabr, Qadına Qarşı Zorakılığın Aradan Qaldırılması Uğrunda Beynəlxalq Mübarizə Günündə Qıy Vaar! olaraq Azərbaycanda zorakılıq görən, öldürülən və susdurulan bütün qadınları və bacılarımızı xatırlayırıq. Rəsmi rəqəmlərə görə, 2025-ci ildə məişət zorakılığı nəticəsində 40 qadın həyatını itirib. Həbsdə olan 9 qadın jurnalist, dayandırılan feminist yürüşlər və susdurulan səslər göstərir ki, qadın qətlləri siyasidir. Bəyanatımızı aşağıda vərəqləyərək oxuya bilərsiniz.

Paylaş