*Respondentlərin adları təhlükəsizlik üçün dəyişdirilib.
Azərbaycanda kuir icmanın həyat mübarizəsi hər zaman çətin olub. İllərdir bu barədə müzakirələr edilsə də, hər il bir çox icma üzvü üçün, ehtiyac yarandıqda, ev tapmaq bəzən mümkünsüzə yaxın olur. Nəzərə alsaq ki, Azərbaycanda LGBTQ+lərə qarşı fobiyanın göstəricisi çox yüksəkdir və bu, ailələrin kuir övladlarına, ev sahiblərinin kirayəçilərə, işverənlərin işçilərə qarşı davranışına öz əksini tapır, hər il bir çox kuirin ailəsi və ya ev sahibi tərəfindən evdən qovulması halları yüksək qalır. Bəzən isə əmək problemləri, yəni, işdən uzaqlaşdırma və yeni iş tapmaqda çətinlik nəticəsində aylıq kirayə haqlarının ödənməsi mümkünsüz olur və bu da kuirlərin ev problemlərini daha da böyüdür. Bu yazıda icmanın təcrübələrini oxuyacaq və müəyyən həll variantlarına baxacağıq.
İlk müsahibim *Vahiddir. Vahid artıq 8 ildir ki, icma üzvü ilə birgə ev kirayələyərək yaşayır. O deyir ki, kuirlərlə görüşmək və münasibət qurmaq ailə mühitində mümkün olmadığına görə kirayəyə köçməyə məcbur qalıb. İlk vaxtlar bir nəfərlə, zamanla bir neçə nəfərlə birlikdə kirayədə qalmağa başlayıb. Hazırkı evdə 5 nəfər yaşayırlar. O, indiyədək icma ilə üç ev dəyişib. Adətən ev dəyişməyə səbəb olan əsas amilin ev sahibinin homofob mövqedə olması və ya qonşuların qınağından çəkinərək kirayəçilərə nəzarəti artırması olduğunu deyir.
“Ev sahibi özünə problem yaranmaması üçün kimlərin gəlib-getdiyini, ümumi davranışları daha sərt şəkildə kontrol etməyə çalışır. Şəxsi olaraq, maskulin görünüşə malik olduğum üçün bu tip problemlərlə birbaşa çox qarşılaşmamışam, amma şəxsi münasibətlərlə bağlı məhdudiyyətlər yaranır. Məsələn, görüşmək və ya münasibət qurmaq istədiyim insanlar arasında daha feminin görünüşlü olanlar da olur. Belə hallarda onları evə dəvət etmək riskli sayılır, çünki qonşuların mənfi reaksiyası və ya ev sahibinə məlumat verilməsi ehtimalı var. Praktiki olaraq, ən çox qarşılaşılan problem məhz qonşularla bağlıdır.”
Vahid deyir ki, qonşuların evə icmadan insanların gəlməsi iləbağlı şübhələri olanda hər zaman açıq mövqe sərgiləyir, şəxsi həyatının toxunulmaz olduğunu və kirayə haqqı ödədiyi üçün bu məkan üzərində hüquqlarının olduğunu onlara xatırladır. Bu yanaşma və sərgilədiyi xarakter nəticəsində qonşular indiyədək, əsasən, müdaxilə edə bilməyib və məsələböyüməyib.
Vahid qeyd edir ki, ev yoldaşlarını əsasən tanışlar vasitəsilə tapır. İlk vaxtlar, yeni kirayəyə köçəndə çevrəsi dar olduğu üçün daha çox sosial şəbəkələrdən istifadə edib. Hazırda isəbuna ehtiyac qalmayıb. İcma daxilində əlaqələr genişlənib. Bu səbəbdən ev yoldaşı tapmaq indi daha rahat və sistemli şəkildə baş tutur, ciddi çətinlik yaşamır. Bu əlaqələr sayəsindəbəzən çətin vəziyyətdə olan icma üzvlərinə imkan daxilindədəstək göstərməyə də çalışıb.
“Bu məsələdə şəxsi maraq və ya ambisiya güdmürəm. Əsas məqsədim, xüsusilə, küçədə qalmaq riski ilə üzləşən, ailədaxili problemləri olan şəxslərə real çıxış yolu yaratmaqdır. Təcrübəmdə hətta 16–17 yaşlı, evdən çıxmalı olub hara gedəcəyini bilməyən şəxslərə də müvəqqəti sığınacaq təmin etdiyim hallar olub. Bəzi hallarda bir neçə ay ərzində kirayəhaqqı almamışam ki, ayaqda dura bilsinlər. Bu, tək-tük deyil, dəfələrlə baş verib və gələcəkdə də davam etdirməyi planlaşdırıram. Çünki bunu şəxsi təşəbbüs kimi görürəm vəicma daxilində belə bir dəstəyin vacib olduğunu hesab edirəm. Ümumilikdə, təxminən 5-10 insana bu şəkildə kömək etmişəm.”
“Translarla ev yoldaşı olmusanmı?” sualıma cavabında Vahid, bu illər ərzində translarla daha çox şəxsi rahatlıq və həyat tərzi ilə bağlı seçimdən dolayı ev paylaşımı təcrübəsinin olmadığını deyir. Vurğulayır ki, hər kəsin öz məkanında təhlükəsizlik və rahatlıq hissi önəmlidir və o da bu prinsiplə hərəkət edir.
O, hazırda ev daxilində formalaşmış bir sıra qaydaların olduğunu və bunların zamanla təcrübə əsasında yarandığını deyir. Qaydaların səbəbini, əsasən, hər insanın fərqli ailəmühitindən və fərqli xarakterdən gəldiyini – təmizlik vərdişləri, yaşam tərzi və şəxsi sərhədlərin dəyişkənliyini – əsas gətirərək izah edir.
“Birlikdə yaşadıqca bu fərqləri balanslaşdırmaq üçün müəyyən sistem formalaşdırmışıq. Əsas qaydalardan biri sakitlik rejimidir: Gecə saat 11-dən sonra evdə səs-küy olmamalı, ümumi sakitlik qorunmalıdır. Qarşılıqlı hörmət burada əsas prinsipdir. Təmizlik məsələsi də ciddi şəkildətənzimlənir. Həftəlik rotasiya sistemi var – hamam, mətbəx vəümumi sahələr növbə ilə təmizlənir. Eyni zamanda, ümumi sahələr mütəmadi olaraq istifadə edən şəxs tərəfindən dəsəliqədə saxlanılır. Evimiz qonaqlı-qaralı olduğuna görəqonaq qəbulunda da qayda var. Hər kəs evə gətirdiyi şəxsi əvvəlcədən ümumi ev qrupunda bildirir ki, hamı məlumatlı olsun. Ümumilikdə bu qaydalar evdə nizam-intizamı vəqarşılıqlı rahatlığı təmin etmək üçündür. Ayrı-ayrılıqda daha çox detallı qaydalar da var, amma əsas struktur bunlardır.”
Vahid, qaydalara əməl olunmadıqda mərhələli yanaşıldığını deyir. İlk olaraq bir və ya iki dəfə xəbərdarlıq edildiyini bildirir. Xüsusilə təcrübəsi az olan və ya daha gənc şəxslərəbu mərhələdə daha çox anlayış göstərildiyini və əlavə şans verildiyini qeyd edir. O, deyir ki, əgər eyni davranış təkrarlanırsa, artıq daha ciddi tədbirlərə keçilir. Bu zaman simvolik cərimə sistemi tətbiq olunur və pozuntunun xarakterinə görə məbləğ dəyişir. Bu, əsasən, qaydaların daha ciddi qəbul olunması və təkrarlanan problemlərin qarşısının alınması üçün istifadə edilir. Onun təcrübəsində, bu yanaşma, insanların daha diqqətli olmasına və ümumi nizam-intizamın qorunmasına kömək edir.
Vahiddən evdən çıxarılma hallarının olub-olmamasını soruşuram. O isə nadirən olduğunu və adətən əvvəlcədən açıq şəkildə xəbərdarlıq edildiyini deyir.
“Əsas prinsip odur ki, evdə təhlükəsizlik və etibarlı mühit qorunsun. İlleqal maddələrdən istifadə edən və ya oğurluq kimi ciddi davranış pozuntuları olan şəxslər evdə saxlanılmır. Bu tip hallar risk yaradan davranışlar kimi qiymətləndirilir vədərhal müdaxilə olunur. Bundan başqa, evə gətirilən qonaqların sayının və kimliyinin nəzarətsiz şəkildə artması da problem sayılır. Çünki evdə bir neçə nəfər birgə yaşayır və hər kəsin təhlükəsizliyi üçün evə daxil olan insanlar barədəümumi məlumatlılıq vacibdir. Qayda pozuntuları təkrarlandıqda mərhələli şəkildə xəbərdarlıq edilir və son mərhələdə, adətən müəyyən keçid müddəti verilməklə(məsələn, 10 gün), şəxsin evi tərk etməsi tələb olunur. Bütün hallarda məqsəd prosesi izah etmək və insanın niyə bu qərarın verildiyini anlamasıdır. Yəni, qərar mümkün qədər şəffaf şəkildə çatdırılır.”
Vahid ümumilikdə bu təcrübələrini müsbət qiymətləndirir. Onun fikrincə, ev yoldaşlığının əsas müsbət tərəflərindən biri qarşılıqlı dəstək mexanizmidir. Məsələn, kimsə işdə çətinlik yaşayırsa və ya müvəqqəti gəlirsiz qalırsa, kirayə ödənişindədigər ev yoldaşları tərəfindən kompensasiya edilir. Sonradan həmin şəxs, vəziyyəti düzəldikcə bu məbləği geri qaytarır. Digər tərəfdən, fərqli ailə və sosial mühitlərdən gələn insanlar birgə yaşayış sayəsində kirayə mədəniyyətini, məsuliyyət bölgüsünü və kollektiv davranış qaydalarını öyrənirlər. Vahid üçün bu, praktiki sosiallaşma və adaptasiya baxımından əhəmiyyətlidir. O, müsbət tərəflərlə yanaşı bir sıra mənfi cəhətlərin də olduğunu bildirir.
“Ev yoldaşlığı zamanı qarşılaşdığımız əsas problemlər daha çox fərdi davranışlarla bağlıdır. Xüsusilə, bəzi şəxslərin özlərini həddindən artıq önə çıxarması, eqoist yanaşma sərgiləməsi və ya özlərini digərlərindən daha üstün göstərməyə çalışması mühitdə gərginlik yaradır. Digər ciddi problem tənbəllikdir. Xüsusilə, daha gənc və təcrübəsi az olan şəxslərlə birlikdə yaşadıqda bu hallarla daha tez-tez rastlaşırıq – məsuliyyət bölgüsünə əməl etməmək, ümumi qaydalara laqeyd yanaşmaq kimi. Bundan əlavə, evə dəvət olunan şəxslərin düzgün seçilməməsi də risk yaradır. Bəzi hallarda gətirilən qonaqların davranışları və ya etibarlılığı evdə yaşayan digər şəxslərin təhlükəsizliyini sual altına qoya bilir. Bu problemlərin qarşısını almaq üçün maarifləndirmə vəizah işləri aparılır. Lakin buna baxmayaraq dəyişmək istəməyən və ya öz davranışlarına nəzarət etməyən şəxslərləyollar ayrılır. Ümumilikdə əsas problemlər üç istiqamətdəcəmlənir: eqo, məsuliyyətsizlik (tənbəllik) və yanlış insan seçimi.”
İkinci müsahibim *Həmiddir. Ailəsi bölgələrin birindəyaşadığından, o, 9 ildir ki, Bakıda kirayə qalır və işləyir. Bu illər ərzində 4-5 ev dəyişmək məcburiyyətində qalıb. Həmid deyir ki, əsas çətinlik çəkdiyi dövr COVID-19 pandemiyası vaxtlarında idi. Karantinin sərt vaxtlarında ailəsinin yanına dönməli olub. 7-8 ay sonra işə çağırılmağa başlayanda isəayda cəmi 10 gün işlədikləri üçün məvacibi 250 manat olub. Bu məbləğlə kirayə qalmaq mümkün olmadığından dostları vədigər icma fərdləri ilə razılıq əsasında kirayə haqqı vermədən qalıb. Bəzən bir həftə, bəzən on gün onlarda qaldığı müddətdəarada ərzaq almağa və s. xərclərə dəstək ola bilib. İşlər yoluna düşdükdən sonra isə Vahidgilin qaldığı evə köçüb və 2 ildən artıq onlarla birgə yaşayıb. Həmid deyir ki, adətən tək qalmaq istəyib, amma imkanı yetməyib. Sonradan risk edib vəalındığını gördükdən sonra tək qalmağa davam edir. O, həmin evdən çıxma səbəbinin həm işi, həm də özü ilə bağlı olduğunu deyir.
“İşdə növbələrim fərqli olurdu. Bəzən gecə növbəsi işləyəndəgündüz gəlib yatırdım. Hansı ki, digərləri o vaxt dururdu. Onlar yatanda isə mən dururdum. Rejim tam normal deyildi mənə görə. Ona görə də qərara aldım ki, çıxım, tək yaşayım.”
Həmid hazırda tək yaşasa da keçmiş ev yoldaşları iləəlaqələrinin hələ də qaldığını deyir. Arada vaxt tapanda onlara qonaq getməyə çalışır. Ümumiyyətlə, hamıyla yol tapan insan olduğunu vurğulayır. Bir evdə yaşayanda da mehribanlığa önəm verdiyini əlavə edir.
“Dava-qırğınla yaşamaq olmaz. Hələ bir evdə yaşayırıqsa. Ona görə, bir az narazılıq olanda da, ya göz ardı edirdim, ya da üzə vurmurdum. Boş verirdim.”
Ev yoldaşlığının müsbət və mənfi tərəfləri barədə sual edərkən, Həmid, bunun ortamdan asılı olduğunu deyir. O, yaxşı insanlarla bir mühitdə olanda müsbət tərəflərin çox olduğunu vurğulayır. Həmid deyir ki, belə mühitdə bir-birinizə dəstək ola və çox şeyi bölüşə bilirsiniz. Birgə ev təmizləmək, yığışdırmaq, alış-veriş etmək və s. Bunlar gözəl şeylərdir. Mənfi tərəfi isə bəzən istəklərin, sözlərin üst-üstədüşməməsi, tanışlıqların uyğunlaşmaması, birinin dediyi sözün digərinin xətrinə dəyməsi ola bilir. Ya da dava düşürsə, insanı keçmişi ilə vurmaq, belaltı ifadələrdən istifadə etmək kimi hallar yaşana bilər. O, yenə də bunun düşdüyün mühitdən asılı olduğunu xatırladır.
“Evdə bəzən biri işləyir, biri işləmir. Məcbursan nəsəbişirəndə bir az artıq edəsən ki, ona da yemək düşsün və s. Onu da birlik olaraq qiymətləndirirəm. Yəni bir-birimizədəstək olaraq. Mənfi bir hal deyil, hər kəs işsiz qala bilər. Amma işsiz qalıb heç nə vecinə olmayan insanlar da olur vəbelə olanda da adama toxuna bilər.”
Növbəti müsahibim *Asif də bir zamanlar digər kuirlərlə birgə yaşayıb və sonra Həmid kimi tək evə çıxmağı bacarıb, amma zamanla yaşadığı maddi çətinliklərdən dolayı yenidən bundan imtina etməli olub. Bu dəfə isə o, ailə evinə qayıtmağı ev yoldaşları ilə yaşamaqdan üstün tutub. Asif həm şəxsi azadlıq ehtiyacı, həm də ailə mühitində özü kimi rahat yaşaya bilməməsi səbəbi ilə 2016-cı ildən kirayələrdə yaşayır vədediyinə görə, ilk başda sis-heteroseksuallarla kirayə qalmağa başlayıb.
“Ev yoldaşlığı ideyası əslində zərurətdən yarandı. İlk istəyim tək yaşamaq idi, amma maddi olaraq bu mümkün deyildi. Ona görə ev yoldaşı axtaran insanlarla əlaqə qurmağa başladım. Bu prosesdə təşəbbüskar, əsasən, mən idim. Həm insan tapmaqda, həm də evi ‘qurmaqda’.”
Asif deyir ki, ev yoldaşlığının müsbət tərəfləri çox şeydən asılıdır. Əgər doğru insanlarla bir araya gəlirsənsə, bu, sadəcəev paylaşmaq deyil – bir növ seçilmiş ailə olur. Bir-birinədayaq olmaq, gündəlik həyatı bölüşmək, tək qalmamaq – bunlar çox dəyərlidir. Amma eyni zamanda vurğulayır ki, bu harmoniya hər zaman olmur. O deyir ki, çətin tərəfi isə məhz buradan başlayır. Tanımadığın insanlarla eyni məkanı, eyni gündəlik ritmi paylaşmaq asan deyil. Hər kəsin sərhədləri, vərdişləri, travmaları fərqlidir. Bəzən şəxsi zonanı qorumaq çətinləşir, bəzən də ünsiyyət qurmaq yorucu olur.
“Xəbərsiz evdən çıxıb digərlərini çətin vəziyyətdə qoyanlar da olub. Hətta dəfələrlə. Elə hallar olurdu ki, kirayə günü yaxınlaşanda deyirdilər “‘mən çıxıram”. Bu da qalanlar üçün həm maddi, həm psixoloji yük yaradırdı.”
Asif kuirlərin işsizlik və evsizliklə mübarizəsinin isə çox real və ağrılı mövzu olduğunu deyir. İmkan daxilində beləhallarda dəstək olmağa çalışdığını, qısa müddətlik qonaq qəbul etdiyini və ya ümumiyyətlə ödəniş almadığını bildirir.
“Bəzən insanlar sadəcə nəfəs almaq üçün təhlükəsiz yer axtarır və o mərhələdə yanında olmaq vacib olur.”
Bu proseslərdə o, ən çox risk altında olan qrupun trans fərdlər, xüsusən də trans qadınlar olduğunu deyir.
“Translarla da yaşamışam, trans qadın ev yoldaşım da olub. Bəzi hallarda onlardan ödəniş almamışam. Amma açıq demək lazımdır ki, bu məsələdə təhlükəsizlik faktorları həmişə ön planda olurdu – qonşular, ev sahibləri, ümumi risklər. Bu da bəzən seçimləri məhdudlaşdırırdı və hər kəsə istədiyin kimi kömək etməyə imkan vermirdi.”
Asif ev yoldaşlığının təxminən 4-5 il davam etdiyini, sonra artıq tək yaşamağa keçid etdiyini deyir. Bunun həm daxili ehtiyac, həm də müəyyən qədər maddi stabilliyin yaranması ilə bağlı olduğunu qeyd edir. O, tək yaşamağın, xüsusilə,təkliyi sevən biri olduğundan özü üçün çox rahat olduğunu vurğulayır. Asif həm də bildirir ki, şəxsi zona, sərbəstlik, heç kimə hesabat verməmək həyat keyfiyyətini ciddi şəkildəartırmışdı.
“Amma bu da uzun çəkmədi. Sonradan maddi səbəblərə görəyenidən ailə evinə qayıtmalı oldum. Bu qərar seçimdən çox məcburiyyət idi. İşsizlik, ümumi maddi çətinliklər bu addımı qaçılmaz etdi. Ev yoldaşlığı variantı da var idi, amma artıq o enerjim və səbrim qalmamışdı. Yenidən eyni dövrü yaşamaq istəmədim.”
Ailə evinə qayıdış isə Asif üçün daha çox mənfi təəssüratlarlayadda qalıb. O, ən böyük problemin şəxsi zonanın vəgizliliyin itməsi olduğunu deyir. Davranışlarına, saatlarına, hətta bəzən sözlərinə belə diqqət etmək məcburiyyətində olduğunu bildirir, bunun da onu içdən sıxdığını deyir. Asif bildirir ki, bir nöqtədən sonra özünü tam ifadə edə bilməmək kimliklə bağlı daxili gərginlik yaradır. Sanki əvvəl qazandığın azadlıq hissi tədricən əlindən alınır.
“Psixolojik olaraq da bu keçid asan olmadı. Tək yaşadığın dövrdə qurduğun həyatla, ailə evindəki reallıq arasında böyük fərq var. Bu fərqə uyğunlaşmaq bəzən yorucu, hətta dağıdıcı ola bilir. Amma yenə də bunu ümumiləşdirib “hamı üçün belədir” demək doğru olmaz. Bu çox fərdi təcrübədir.
Məndə bu, daha çox məcburiyyət kimi qaldı. Azadlıqla təhlükəsizlik arasında seçim etməli olanda, bəzən insan ikinciyə məcbur qalır. Amma bu o demək deyil ki, birincidən vaz keçmisən. Sadəcə, bir müddətlik ertələmisən.
Ümumilikdə baxanda, ev yoldaşlığı da, tək yaşamaq da, ailəyəqayıtmaq da həyatın fərqli mərhələləri kimi qalır. Hərəsinin öz yeri, öz dərsi var. Mənim üçün ən dəyərlisi isə bu proseslərdəözümü daha yaxşı tanımaq oldu. Nəyi istədiyimi, nəyi isə artıq qətiyyən istəmədiyimi.”
Bir müddət öncə xəbər verdiyimiz, ailəsinin təzyiqlərinə vəzorakı hərəkətlərinə dözməyib Bakıya qaçmaq məcburiyyətində qalan trans qadın *Aygün isə hazırda mübarizə içindədir. Ailəsi və digər insanlar bəzən onun birbaşa cinsi oriyentasiyasına qarşı çıxırlar. Bəziləri ona vəziyyəti yaxşılaşana qədər “kişi kimi” görünməyi məsləhət görsə də, Aygün cavabında “Onda apardığım mübarizənin mənası nə idi? Ailəmin elə istədiyi o idi, qalmışdım onların yanında, niyə evdən çıxdım ki?” deyir.
Təxmin etdiyiniz kimi, translarda, xüsusən, qadınlarda vəziyyət çox daha pisdir. Təhlükəsizlik və həyatda qalmaq üçün vizual görünüşünü təyin olunmuş genderə uyğun saxlaya və ya maksimum ona yaxın davrana bilən kuirlər, latent (gizli) şəkildə də olsa çıxış yolu tapmış olurlar. Genderi və görünüşü, ən başda, şəxsiyyət vəsiqəsi ilə uyğun gəlməyən translar isə sistemin kənarında qalır. Təəssüf ki, yuxarıda digər müsahiblərimin də vurğuladığı kimi, təhlükəsizliyinin risk altına düşməsindən qorxan digər kuirlər də onlara dəstək olmaqdan bir çox hallarda ehtiyat edir. Aygün deyir ki, işləməkdən qorxmur, hər işə razıdır, təki götürsünlər.
“Restoranlar ofisiant kimi işlətmək istəmirsə ki, birdən müştərilər bilər, arxada qab yumağa belə razıyam. On gün bir restoranda qabyuyan işlədim, hamı işimdən razı idi. On gün sonra rəsmi qeydiyyata salmaq istəyəndə şəxsiyyət vəsiqəmi gördülər, elə anındaca qovdular.”
Hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrini çox çətin də olsa yalnız translar tranzisiya etdikdən sonra dəyişə bilər. Tranzisiyadan əvvəl isə bu hüququ tanınmır. Transfobiya isə bütün transları əhatə edir. Bununla cəmiyyətdəki fərdlərin bir qismi kirayə və əmək başda olmaqla bir çox münasibətlərdən tamamən silinir və çıxılmaz vəziyyətdə qalırlar.
Aygün hazırda mərkəzə yaxın kimsədən dəstək ala bilmədiyindən, müvəqqəti olaraq Bakı kəndlərinin birində, şəraitsiz evdə yaşayan icma yoldaşımızla birgə qalmaq məcburiyyətindədir. Mərkəzdə belə iş tapmaq çətin ikən, Bakı kəndlərində translar üçün iş tapmaq, demək olar ki, mümkün deyil. Beləcə bu, işləmədiyi halda belə, iş axtarmaq üçün onun yol xərclərini artırır, həm də mühitdən dolayı həyatını riskə atır.
Yadıma aktyor Kamran Ağabalayevin “Rövşanə ilə Gündəm”verilişinin qonağı olarkən “geylərə münasibətin necədir?” sualına verdiyi cavab düşdü:
“Siz kimi görmüsünüz ki, anasının paltarını geyinsin, evdəotursun, düşbərəsini büksün? Amma çıxıb fahişəlik edir. Özünü qadın kimi hiss edirsənsə, yalnız fahişə olmaq lazımdır? Qadın kimi hiss etmək fahişəlikdən ibarətdirsə, özünü qadın kimi hiss eləmə, lazım deyil.”
Aygün bu fikirləri eşidəndə gülür. Deyir ki, “mənə Kamranın nömrəsini verin, makaron bişirəcəyəm ona, başqa nəsə yoxdur.”
Ona seks işçiliyi barədə də sual verdim: “Əgər heç cür dəstək ala bilməsən, seks işçiliyi ilə məşğul olarsanmı?”
“Seks işçilərinə pis baxmıram. Qəribədir ki, ailələrimiz biz seks işçisi olmasaq belə, bizə o gözlə baxır, bizdən imtina edir, dəstək göstərməyə çalışmır. Nəticədə, bütün qapılar üzümüzəbağlanıb o işlə məşğul olmağa məcbur buraxıldıqda isə sanki haqlı çıxdıqlarına sevinirlər. Ən böyük səbəbkarlar isəözləridir.”
2021-ci ildə Meydan TV-ə öz hekayəsini danışan başqa bir trans qadın Loren, gözəllik salonunda işlədiyini və dara düşəndə ailəsinin ona dəstək olduğunu, valideynlik borcunu yerinə yetirdiklərini qeyd etmişdi. Müsahibənin davamında transların əsasən seks işçiliyi ilə məşğul olmasında günahın cəmiyyətdə və valideynlərdə olduğunu da vurğulamışdı.
Ölkədə əhalinin müəyyən qrupları üçün dövlət dəstəkli sığınacaqlar olsa da, kuirlər üçün ayrıca ixtisaslaşmış sığınacaqlar mövcud deyil. Bəzən isə hetero və sisgenderlərin yaşadığı bu sığınacaqlarda kuirlərin yaşaması praktiki olaraq mümkün olmadığından, ehtiyac anında müəssisələrə müraciət etməkdən imtina edir və dəstəyi yalnız digər icma üzvlərindən ala bilirlər. Bu yöndə Azərbaycandakı kuir icmanın həmrəylik göstərməsi olduqca vacibdir. Azərbaycan kimi, dövlət strukturlarının kuirlərə dəstək olmadığı ölkələrin təcrübələrinə baxdıqda, burada icma əsaslı sığınacaqların ön plana çıxdığını görə bilirik. Bu sığınacaqlar, əsasən, ev yoldaşlığı prinsipi ilə kirayələmə və ya aktivistlərin öz evlərini icmaya açması əsasında yaranır və ianələrlə icmanın digər fərdləri tərəfindən dəstəklənir. ILGA-Avropanın “Göyqurşağı Xəritəsi” hesabatlarına əsasən, Azərbaycanda kuirlərin sığınma kateqoriyası üzrə indeksi digər 7 kateqoriyadan 5-ində olduğu kimi 0-dır.
Müəllif: Murad Miri

