
UFC çempionu İslam Maxaçevə son yayımlanan müsahibələrinin birində “ABŞ-da LGBT haqqında tənqidi danışan idmançılar hansısa nəticələrlə üzləşə bilərmi?” sualı verilib.
O, belə xəbərdarlıqlar aldığını və bu mövzuda danışacağı təqdirdə sözlərinin müxtəlif dillərə tərcümə edilərək geniş yayıla biləcəyini deyib.
Maxaçev daha sonra Rusiyada bu məsələyə nəzarət olduğunu, digər ölkələrdə isə vəziyyətin “çox acınacaqlı” olduğunu bildirib.
“Bununla bağlı danışsan, nəticələri ola bilər. Amma mən bu nəticələrdən qorxmuram. Mənim mədəniyyətim, dinim və ölkəm bunun əleyhinədir. Mən də bunun əleyhinəyəm”, – deyə Maxaçev bildirib.
İdmançıların heteronormativliyin təbliği, cəmiyyətə maskulin obraz aşılamaq üçün davamlı istifadəsi alışılmış bir haldır. Buna bağlı olaraq, idman çevrəsi də belə bir maskulinlik ideoloji şərtləri altına salınır. Çünki onların özü də bu şərtlərdəki mühitdə həyat/idman yolu keçməli olurlar. Bu səbəbdən idmançıların hökumətlər tərəfindən maskulin/patriarxal kişi obrazının yaradılmasl üçün istifadə edilməsi və onların yetişdiyi şərtlər altında bu sürəcə “istənməyən” töhvələri qarşılıqlı bəslənmə formasında özünü gerçəkləşdirir.
