Sosial mediada Gender və Tərəqqi İctimai Birliyinin ofisinin son aylarda bağlı olması ilə bağlı yayılan məlumatlara təşkilatın sədri Kamran Rzayev münasibət bildirib.
Qıy Vaar!-a danışan Rzayev təşkilatın bağlanmadığını, lakin son dörd ayda maliyyə çatışmazlığı səbəbindən fəaliyyət göstərə bilmədiyini deyib.
“Təşkilat bağlanmayıb, sadəcə maliyyəmiz yoxdur deyə fəaliyyət göstərə bilmirik. Hazırda yeni maliyyə əldə etmək üçün danışıqlar aparırıq. Güman edirəm ki, yaxın zamanda müsbət cavab alacağıq və təşkilat öz işini davam etdirəcək”, – deyə o bildirib.
Bundan əvvəl sosial şəbəkədə təşkilatın ofisinin bir neçə aydır fəaliyyət göstərmədiyi, bunun da təhlükəsiz cinsi sağlamlıq vasitələrinin əlçatanlığına təsir etdiyi məlumatları yayılmışdı.

