YENİLİK: Bakıda qətlə yetirilən şəxsin trans qadın Aydan olduğu məlum olub

YENİLİK: Bakıda qətlə yetirilən şəxsin trans qadın Aydan olduğu məlum olub

Qıy Vaar! olaraq daha əvvəl Bakıda geyiqətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun cinayət işi ilə bağlı xəbər paylaşmışdıq. İndi həmin xəbərə bir yeniləmə vermək istəyirik: icma üzvlərindən əldə etdiyimiz məlumata görə, məhkəmə materiallarında Orxan Umayev adı ilə təqdim olunan şəxs əslində Aydan adlı trans qadındır.

Fevral ayında biz artıq Aydanın qətli ilə bağlı məlumat paylaşmış, onun haqqında əlavə məlumat əldə etmək üçün icmaya müraciət etmişdik. Həmin vaxt hadisə barədə dəqiq məlumatımız olmasa da, Aydanın yaxın qohumlarından birinin vəzifəli şəxs olması səbəbindən qətl haqqında məlumatların gizli saxlanıldığı və hadisənin mediada işıqlandırılmadığı barədə məlumat almışdıq. Bunu həmin vaxt paylaşdığımız elanda da qeyd etmişdik.

İndi icma üzvlərindən əldə etdiyimiz yeni məlumatlar göstərir ki, fevral ayında haqqında məlumat axtardığımız Aydan məhz bu məhkəmə işində O.U. adı ilə təqdim olunan şəxsdir. İcma üzvlərinin bildirdiyinə görə, onun qohumları trans kimliyini və istifadə etdiyi adı gizlətməyə çalışıblar. Bu səbəbdən qətl məhkəmə xəbərlərində onun trans qadın kimliyi ilə təqdim olunmayıb.

Paylaş