Translar yaşamaq istəyir (sosial video)

Translar yaşamaq istəyir (sosial video)

Son 10 il ərzində Azərbaycanda ən azı 10 LGBTİQ+ qətli ictimailəşib. Bu halların əksəriyyəti trans qadınlara qarşı törədilib. Aysu Məmmədli, Nuray, Hülya Sadıqova, Aysel və Əvəz Hafizli bu zorakılığın qurbanlarından yalnız bir neçəsidir. Son dövrdə Aydan və Rüzgarın qətlləri də kuirlərin üzləşdiyi təhlükələrin davam etdiyini göstərir.

Bu hadisələrin bir çoxunda görürük ki, zorakılıq fərdi münaqişə kimi təqdim edilib, qurbanların gender kimliyi isə təhrif olunub, bəzi cinayətlərin araşdırılması və məhkəmə prosesləri barədə məlumatlar isə ictimaiyyətə açıqlanmayıb. Sənədləşdirilməyən hallar və qurbanların kimliklərinin tanınmaması problemin real miqyasını müəyyənləşdirməyi çətinləşdirir.

Transfobiya hamımızın gündəlik həyatına birbaşa təsir göstərir. Zorakılığa qarşı mübarizədən danışarkən yalnız baş vermiş cinayətlərin araşdırılmasına yox, təhlükəsiz və ləyaqətli həyatı təmin edən mühitin formalaşdırılmasına da diqqət çəkmək istəyirik.

Yaşamaq, təhlükəsiz olmaq və gələcək qurmaq hər transın haqqıdır.

Paylaş