Noyabrın 14-18-də Türkiyənin Antalya şəhərində COP31-ə alternativ olaraq Xalqların İqlim Zirvəsi keçirilir. İqlim ədaləti, insan hüquqları və ekoloji problemlərə diqqət çəkən zirvədə COP31-in hökumətlər tərəfindən insan hüquqları pozuntularını yaşıl siyasət adı altında ört-basdır etmək üçün istifadə olunması tənqid edilir.
Zirvə çərçivəsində Türkiyənin Polen Ekoloji kollektivi azərbaycanlı jurnalistlər Xəyalə Ağayeva və Aytac Tapdığın azadlığı üçün həmrəylik aksiyası keçirib. Fəallar jurnalistlərin fotolarının əks olunduğu pankartla onların Azərbaycanda həbsdə saxlanılmasına diqqət çəkərək azadlığa buraxılmalarını tələb ediblər.
Meydan TV jurnalistləri olan Aytac Tapdıq və Xəyalə Ağayeva 6 dekabr 2024-cü ildə saxlanılıb. Onlar “Meydan TV işi” üzrə qaçaqmalçılıq və digər ittihamlarla mühakimə olunurlar. Jurnalistlər ittihamları rədd edir. Onlar Azərbaycanda ekoloji problemləri, heyvan hüquqlarını və ictimai etirazları, o cümlədən COP29 zamanı keçirilən aksiyaları işıqlandırıblar.

