Bu gün trans qadın Aysu Məmmədlinin qətlə yetirilməsinin 5 ili tamam olur.
2020-ci il iyunun 18-də Aysu ona müştəri adı ilə yaxınlaşan şəxs tərəfindən 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Baş Prokurorluğun məlumatına görə, qətl trans qadınla Kənan Abdurahmanov adlı şəxs arasındakı münaqişə zamanı törədilib.
Trans qadının yaxınları və LGBTQ icma üzvləri deyirdi ki, həmin ilin aprel ayında blogger Ata Abdullayev Aysunu videoya çəkib və internetdə yayımlayıb. O, ifşaladıqdan sonra bir müddətdir dayısı tərəfindən təhdid edilirdi.
Onun ölümü Azərbaycanda tranların üzləşdiyi zorakılığın və təhlükəsizliyin olmamasının acı simvollarından biri olaraq qalır. Aysunu unutmuruq.

