Baxmalı olduğunuz 10 kuir və trans sənədli film

Baxmalı olduğunuz 10 kuir və trans sənədli film

1: 1990-cı ildə yayımlanan Paris Is Burning filmi, irqçilik, homofobiya, transfobiya və sağ qalma reallıqları ilə üzləşərkən seçilmiş ailələr quran, özünü ifadə etmək üçün məkanlar yaradan qaradərili və latın LGBTQ+ icmalarını mərkəzə alaraq Nyu-Yorkun bal zallarını (ballroom) səhnələşdirir. Film bir çox izləyiciyə bal zalı mədəniyyətini, voquinqi (voguing- rəqs növü) və ev mədəniyyətini tanıdıb və təsiri bu gün də modanı, musiqini, draq və kuir mədəniyyətini formalaşdırmağa davam edən ikonların hekayələrini sənədləşdirib. Kuir səhnəsində mühüm nümunələrindən biri olan “Paris Is Burning”, LGBTQ+ tarixində əsas yer tutan filmlərdən biridir.

2: 2005-ci ildə yayımlanan “The Aggressives” filmi Nyu-Yorkda yaşayan altı maskulin qaradərili və müxtəlif etnik kimliyə malik kuirin kimlik, münasibətlər, ailə və icma daxilində yaşadıqlarını işıqlandırır. Film, maskulin görünüşlü (stud, AG və digər maskulin mərkəzli kuir kimliklərə aid) təcrübələrə nadir və yaxından bir baxış təqdim edir və uzun müddət gözardı edilmiş həyatları göstərərək gender və seksuallıq haqqındakı ənənəvi ideyalara meydan oxuyur. Kuir sənədli kino sahəsinin mühüm nümunəsi olan “The Aggressives”, LGBTQ+ tarix və mədəniyyətinin əsas sənədlərindən biri olaraq qalır.

3: 2011-ci ildə yayımlanan “We Were Here” filmi, San-Fransiskoda QİÇS epidemiyasının ilk illərindəki dövrdə sağ qalanları, fəalları və icma üzvlərinin hekayələrini göstərir. Film şəxsi hekayələri arxiv görüntüləri ilə birləşdirərək, həm böhranın ağır nəticələrinə, həm də buna qarşı formalaşan dayanıqlılığa, empatiyaya və kollektiv faəliyyətə toxunur. Kuir tarixinin mühüm bir sənədli nümunəsi olan We Were Here, HIV/AIDS səbəbilə həyatları geri dönməz şəkildə dəyişmiş bir nəslin hekayələrini qoruyub saxlayır.

4: 1989-cu ildə yayımlanan “Tongues Untied”, Amerikadakı qaradərili gey kişilərin həyat və təcrübələrini araşdırmaq üçün sənədli kino, poeziya, performans və şəxsi şahidliyi birləşdirir. Kinorejissor və şair Marlon Rigsin ərsəyə gətirdiyi bu film bir tərəfdən kuir icmaları daxilindəki irqçiliyə, digər tərəfdən isə qaradərili icmalar içindəki homofobiyaya işıq tutur, eyni zamanda ekranlarda az görünən təcrübələrə səs verir.

5: 2024-cü ildə yayımlanan “Any Other Way: The Jackie Shane Story” 1960-cı illərdə şöhrət qazanıb daha sonra səhnədən uzaqlaşan, dövrünün qabaqcıl səsini duyuran qaradərili trans soul müğənnisi Jackie Shane-in hekayəsindən bəhs edir. Nadir arxiv qeydləri, animasiya və Shane-in öz sözləri vasitəsilə bu film, kimliyi, dözümlülüyü və öz müqəddəratını təyin etməyi üzə çıxarır, eyni zamanda onun musiqi və LGBTQ+ tarixindəki layiqli yerini təmsil edir. Bu sənədli film, geniş kütləvi uğur qazanan ilk açıq trans ifaçılardan birini yeni nəsilə tanıtmaqla yanaşı, özünə yol açmış bir sənətçiyə də güclü bir ehtiram hiss yaradır.

6: 2016-cı ildə yayımlanan Kiki, Nyu-Yorkun Kiki bal zalı (ballroom) səhnəsində iştirak edən yeni nəsil qaradərili və latın əsilli LGBTQ+ gənclərdən bəhs edir. Kimlik, icma, fəallıq və sağ qalma mübarizəsini araşdıran film, gənc kuir və transların mənzil çatışmazlığı, İİV və ayrı-seçkiliklə üzləşərkən özlərini aid hiss etdikləri bir mühiti necə yaratdıqlarını göz önünə sərir. Çox vaxt “Paris Is Burning”in davamı sayılan “Kiki” müasir kuir və trans tarixinin mühüm bir səhifəsini qoruyub saxlayır.

7:  1999-cu ildə çəkilən “Gendernauts” filmi, gender müxtəlifliyi ilə bağlı müzakirələrin hələ də geniş gündəmə gəlmədiyi bir vaxtda San-Fransiskonun trans, genderkuir və qeyri-ikili icmalarını işıqlandırır. Səmimi söhbətlər və şəxsi hekayələrdən ibarət olan film, ənənəvi gender qəliblərindən kənarda yaşayan insanların həyatını sənədləşdirməklə yanaşı, mediada o vaxta qədər, demək olar ki, görünməyən bu kimlikləri və həyatları geniş tamaşaçı kütləsinə ilk dəfə tanıdıb. Kuir sənədli filmləri arasında əfsanəyə çevrilmiş Gendernauts, geniş gender rəngarəngliyini yaşayan insanların həyatını və icmasını əks etdirən qabaqcıl bir sənəd olaraq bu gün də öz dəyərini qoruyur.

8: 2020-ci ildə yayımlanan “Disclosure” filmi, trans aktyorların, rejissorların, yazıçıların və fəalların öz səsləri vasitəsilə film və televiziyada transların necə əks olunduğunun tarixinə işıq salır. Bu sənədli film medianın transların həyatına dair cəmiyyətdə yaratdığı təsəvvürü gözlər önünə sərərək görünürlük, stereotiplər və trans hekayələrini kimin danışmalı olduğu kimi mühüm mövzularda müzakirələrə yol açıb. Müasir kuir kinosunun mərhələ filmlərindən olan Disclosure, transların mediada necə göstərildiyi və bunun mədəniyyətə təsiri barədə söhbətləri tamamilə yenidən formalaşdırdı.

9: 2020-ci ildə yayımlanan P”.S. Burn This Letter” Please 1950-ci illərdə draq sənətçilər arasında gedən şəxsi məktubları üzə çıxararaq, o dövrün geniş yayılmış damğası və qanuni təqibləri altında yaşanan kuir həyatının içinə işıq salır. Arxiv materialları və müsahibələr vasitəsilə bu film, əks halda itib-batmış ola biləcək kimlik, dostluq, dözümlülük və könüllü ailə hekayələrini yaşadır.

10: 2017-ci ildə çəkilən “The Death and Life of Marsha P. Johnson” filmi, qaradərili trans fəal Marsha P. Johnsonun həyatını, izini və müəmmalı ölümünü araşdırmaqla yanaşı, onun ölümü ilə bağlı həqiqəti üzə çıxarmaq cəhdlərini də izləyir. Arxiv görüntüləri ilə yanaşı, günümüzdə gedən fəaliyyəti də əks etdirən film, Johnsonun LGBTQ+ azadlıq mücadiləsinə verdiyi töhfəni və trans icmaları üçün ədalət axtarışının bu gün də necə davam etdiyini gözlər önünə sərir.

Paylaş