Rüzgarın qətli ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edən jurnalist Aqil Qarayevin həmin paylaşımların altında yer alan homofob rəyləri bəyənir. Bu davranış, xüsusilə hadisəni işıqlandırdığını və işlə bağlı məlumatlara sahib olduğunu bildirən şəxsin peşəkar məsuliyyəti baxımından ciddi suallar doğurur.
19 yaşlı kuir gənc Rüzgar (Yasin İbadov) 2025-ci ilin noyabrında Bakıda homofobiya səbəbindən qətlə yetirilib. Məhkəmə Babək İbadovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Rüzgarın qətli ilə bağlı müzakirələr zamanı sosial şəbəkələrdə kuir icmasını hədəf alan homofob ifadələrin və zorakılığa haqq qazandıran münasibətlərin yayılmasından agahıq. Belə bir şəraitdə jurnalistlərin fəaliyyəti yalnız məlumat yaymaqla məhdudlaşmır. Axı onlar həm də ictimai müzakirələrdə insan ləyaqətinə və peşə etikası prinsiplərinə hörmət etməlidirlər.
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.11-ci bəndi jurnalistlərin zorakılığı təşviq edən və ya ona təhrik edən şəxslər tərəfindən vasitə kimi istifadə olunmamasını, 4-cü prinsipi isə gender bərabərliyinə və ayrı-seçkiliyə yol verilməməsinə hörmət edilməsini nəzərdə tutur. Əgər jurnalist həmkarlarımız bu müəddaları heçə sayaraq yaydıqları məlumatlarda insanları yönləndirirsə, biz bunu “klikbeyt ovu” kimi qiymətləndiririk.
Qıy Vaar! hesab edir ki, Rüzgarın qətlini işıqlandıran və ya bu hadisə ilə bağlı jurnalist kimi çıxış edən şəxslərin sosial şəbəkələrdəki davranışları da ictimai diqqətdən kənarda qalmamalıdır. Qətl və zorakılığa haqq qazandıran münasibətlərin normallaşdırılması kuir vətəndaşların təhlükəsizliyinə və cəmiyyətdə nifrətin qarşısının alınmasına əngəldir. Rüzgarın qətli ilə bağlı ictimai müzakirə heç bir insanın kimliyinə görə zorakılığın hədəfinə çevrilməməli, heç bir qətlin isə bəraətlə qarşılanmamalı olduğudur.


