Aktyor Kamran Yunisdən homofob çıxış

Kamran Yunis, aktyor/ Kulis.az

Aktyor Kamran Yunis TikTok platformasında yayımlanan videosunda homofob fikirlər səsləndirib. Onun çıxışı Velizar ilə foto paylaşan şəxsləri cinsi oriyentasiya üzərindən hədəf almağa yönəlik olub.

“Adam ləyaqətsiz olmaz, adam şərəfsiz olmaz, 1 dənə layka görə məmləkətin mənim kimi insanını güllə qabağına qoymaz.

Mən Velizarla qucaqlaşıb öpüşüb şəkillər paylaşan şərəfsizləri təhqir eləmişəm.

Və onların içində bir hicablı xanım var. Sən hicablı xanımsan, necə belə bir üzdəniraqla öpüşüb-görüşüb şəkil çəkdirə bilirsən? Adamın ləyaqəti olar. Adamın kişiliyi olar.”

Aktyor bundan öncə də geriçi fikirlər səsləndirməsi ilə gündəm olub. O, ötən ilin oktyabrında “Miras” verilişinə qonaq olarkən “Tarix boyu əxlaqsızlıq da olub, geylər də olub, amma tarixdə bu cür əxlaqsızlıq indiki kimi özgüvən halında olmayıb” demişdi. Həmin verilişdə o, əxlaq polisi yaratmaq tələbilə dövlətə də müraciət etmişdi.

Paylaş