Parisdə LGBTİ+ təşkilatının prezidentinə homofob hücum: polis əməkdaşı ağır xəsarət alıb

Parisdə LGBTİ+ təşkilatının prezidentinə homofob hücum: polis əməkdaşı ağır xəsarət alıb

Parisdə LGBTİ+ hüquq təşkilatı FLAG! assosiasiyasının prezidenti, eləcə də polis əməkdaşı olan Pierre Picavet ağır hücuma məruz qalıb. Hadisə şəhərin “gey küçəsi” olaraq tanınan Le Marais məhəlləsində 29 avqust səhər saatlarında baş verib. FLAG! təşkilatı LGBTİ+ hüquqları və polis daxilində LGBTİ+fobiyaya qarşı mübarizə aparan assosiasiya kimi tanınır. Hücum zamanı Picavetin başına butulka ilə zərbə endirilib və o, çoxsaylı xəsarətlər alıb. Hadisə ilə bağlı ilkin olaraq seksual orientasiyaya görə törədilmiş, 8 gündən artıq əmək qabiliyyətsizliyə səbəb olan zorakılıq üzrə istintaq başlanıb.

Picavet dostları ilə barda vaxt keçirdikdən sonra evə gedərkən bir gəncin onun qarşısını kəsdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxs əvvəlcə üstünə doğru gəlib, daha sonra isə təkrar yaxınlaşaraq homofob ifadələr işlədib.

Picavetin polisə verdiyi ifadəyə əsasən, şübhəli ona bir neçə dəfə “sale pédé” [petux, pederast] deyib və onu öldürməklə hədələyib. Picavet polis əməkdaşı olduğunu bildirib və xidməti vəsiqəsini göstərib. Lakin bu, hücumun qarşısını almayıb. Hadisəyə müdaxilə edən bir şahid iki şəxsi ayırmağa çalışıb. Şahidlərdən birinin ifadəsinə əsasən, Picavet yerə yıxıldıqdan sonra da təqsirləndirilən şəxs ona zərbələr endirməyə davam edib.

Hücum nəticəsində zərərçəkən baş nahiyəsində dərin kəsik xəsarəti alıb.

Prokurorluğun məlumatına görə, 2006-cı il təvəllüdlü şübhəli şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuş. Şübhəlinin üzərində həmçinin Picavetin mobil telefonunu da tapılıb.

İş hazırda səkkiz gündən artıq ITT-yə (müvəqqəti əmək qabiliyyətsizliyə) səbəb olan ağırlaşdırılmış zorakılıq və oğurluq maddələri üzrə araşdırılır. Zorakılığın bir neçə ağırlaşdırıcı halı olaraq zərərçəkənin seksual orientasiyası və ya gender kimliyi, sərxoş vəziyyətdə olmaq, soyuq silah istifadə etmək kimi motivlər də nəzərə alınacaq

Hadisə ilə bağlı Paris meri Emmanuel Gregoire hadisəni “iyrənc homofob hücum” adlandıraraq Picavetə dəstəyini ifadə edib.

Paylaş