“MNTR” trans təşəbbüsü tranzisiya prosesi ilə bağlı Azərbaycan dilində məlumat çatışmazlığını azaltmağı hədəfləyən “Tranzisiyalar” jurnalının ilk nömrəsini yayımlayıb. Jurnal translar üçün sosial və tibbi tranzisiya, hormonal əvəzedici terapiya (HRT), səhiyyə və hüquqi reallıqlarla bağlı mövzuları əhatə edir.
Jurnalın diqqət çəkən hissələrindən biri Azərbaycanda tranzisiya imkanlarının məhdudluğu ilə bağlı bölümdür. Qeyd olunur ki, translar çox vaxt “Telegram” qrupları, forumlar və icma daxilində yayılan məlumatlarla tranzisiya prosesini idarə etməyə çalışır, təhlükəsiz tibbi dəstəyin olmaması səbəbilə “DIY” (özün et – ev şəraitində hazırlanan əvəzləyicilər və ya reseptsiz dərmanlar) hormon istifadəsinə yönəlir. Binder istifadəsi, tuckinq (genital nahiyənin qabarıqlığını gizlətmək üçün istifadə olunan üsul), gizli sosial tranzisiya və “iki həyat” yaşamağın yaratdığı psixoloji yük də ayrıca müzakirə edilir və bunlarla bağlı məsləhətlər yer alır.

Yalnız Azərbaycan haqda deyil, eyni zamanda Almaniya, İsveç, Finlandiya, Tayland və Pakistan kimi ölkələrdə hüquqi gender tanınması və trans səhiyyəsi ilə bağlı sistemlərdən nümunələr təqdim olunur. Bu nəşrdə eləcə də siz hormonal əvəzedici terapiyanın fərqli formaları, estradiol preparatları, antiandrogenlər və onların mümkün təsirləri haqqında məlumat da ala bilərsiniz. Jurnala keçid etmək üçün kliklə.

