Parisdə 14 İyun günü keçirilən, kommersial qürur yürüyüşünə alternativ olaraq yaranan Radikal Pride-a bu il, azərbaycanlı fəal İsa Şahmarlının xatirəsini yad etmək üçün getdik. İsa, daha ədalətli bir cəmiyyət üçün mübarizə aparan gənc idi. Bakı şəhərini daha rəngli və xoşbəxt görmək ideası ilə apardığı görünürlük mübarizəsi bizə illər sonra da ümid olmağa davam edir. İtirdiyimiz yoldaşlarımızın xatirələri ilə birləşir, hamımızım mövcud olduğu gələcək üçün səs çıxarırıq. Qürur ayınız/ayımız mübarək.
Posted inMultimedia Yerli
Paris qürur yürüyüşündə İsa Şahmarlı haqda plakat

