LGBTİ+ gündəmi: Aİ-dən konversiya terapiyalarına rədd cavabı, Yaponiyada tarixi qərar

LGBTİ+ gündəmi: Aİ-dən konversiya terapiyalarına rədd cavabı, Yaponiyada tarixi qərar
Screenshot

Bu həftə LGBTİ+ gündəmində nələr var?

Avropa Komissiyası LGBTİ+lərə qarşı tətbiq olunan “konversiya terapiyalarını” bütün Avropa İttifaqında qadağan etməyəcəyini bildirib. Bir milyondan çox insanın keçən aylarda qadağa tələbi ilə imza toplamasına baxmayaraq, komissiya bunun üçün hüquqi səlahiyyətinin olmadığını deyib. Hazırda Belçika, Fransa, Almaniya, İspaniya və bir neçə Aİ ölkəsində LGBTİ kimliyini dəyişməyə məcbur etmək artıq qadağandır. Konversiya terapiyası, şəxsin razılığı olmadan onun cinsi oriyentasiyası və ya gender kimliyini tibbi, psixoloji və ya sosial təzyiq vasitəsilə dəyişdirməyə yönəlmiş praktikadır. BMT isə konversiya terapiyalarını ayrı-seçkilik və insan hüquqları pozuntusu kimi qiymətləndirir.

Yaponiyada Osaka Ali Məhkəməsi qeyri-binarların hüquqlarına dair pozitiv məhkəmə qərarı çıxarıb. Məhkəmə, ölkənin ailə qeydiyyatı sistemində yalnız “kişi” və “qadın” seçimlərinin olmasının konstitusiyadakı bərabərlik prinsipi ilə ziddiyyət təşkil etdiyini bildirib. Hüquq müdafiəçiləri bunu Yaponiyada transların hüquqi tanınması istiqamətində böyük addım adlandırırlar.

Budapeştdə bu ay keçiriləcək Qürur yürüşünə rəsmi icazə verilib. Budapeşt Metropoliten Polis İdarəsinin sözçüsü POLITICO-ya bildirib ki, yürüyüşün keçirilməsinə mane olmayacaqlar. Xatırladaq ki, ötən il Budapeşt 100 mindən çox insanın iştirakı ilə Avropanın ən böyük LGBTİ+ yürüyüşlərindən birinə ev sahibliyi edib. Bu ilki Budapest Pride 27 iyunda baş tutacaq.

Paylaş