Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Bakıda çimərlikdə homofob hücum baş verib
  • Yerli

Bakıda çimərlikdə homofob hücum baş verib

Qıy Vaar! İyun 5, 2025

May ayının əvvəllərində TikTok sosial şəbəkəsində 7 nəfərdən çox oğlanın 2 nəfərə hücum etdiyi görüntüsü paylaşılıb. “O. Verdiyev” ad və soyadlı istifadəçi adı ilə paylaşılan videodan görünür ki, çimərlikdə gəzən 2 nəfər feminin davranışına görə bir qrup insanın hücumuna məruz qalıb. Hücum edən şəxslərin kənardan görüntüləri sosial şəbəkə hesablarında paylaşılıb və zorakı insanlara tərif yazılıb.

Video bir neçə gün içərisində minlərlə bəyəni və homofob rəy alıb. İnsanların böyük bir qismi bu hücumu dəstəkləyib. Onlarla nifrət nitqi arasında zorakılığa və qətlə çağırış da yer alıb. Lakin video bir neçə gün sonra ilkin paylaşılan səhifədən silinib.

Azərbaycanda LGBTQ+ icması üçün heç bir təhlükəsiz məkan yoxdur. Bu cür zorakılıqlar bir-iki fərdi hadisə deyil, sistematik və davamlı şəkildə baş verir. Cəmiyyətin müəyyən hissəsi tərəfindən çəkilən və paylaşılaraq kuir insanların hədəfə çevrildiyi bu görüntülər, təkcə zorakılığın özünü deyil, həm də bu zorakılığı normallaşdıran, təşviq edən bir mühiti ortaya qoyur. Biz Qıy Vaar! platforması olaraq baş verən görüntülərdən narahatıq. Adiyyatı qurumları məsələ ilə bağlı hərəkətə keçməyə çağırırıq. Zərərçəkən yoldaşlarımız, əgər bu çağırışımızı görürsünüzsə, hüquqi dəstək almaq və birgə olmaq üçün bizimlə əlaqəyə keçin.

Paylaş

Continue Reading

Previous: Macarıstanda qürur ayı tədbirləri qadağan edilib
Next: “Xəzər Klinikası”nda İİV pozitiv vətəndaşın hüquqları pozulub | İİV+ vətəndaşlar işsizdir

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.