
Bir neçə yerli reperin iştirakı ilə yayımlanan “CYPHER” treki açıq homofob ifadələrə yer verərək LGBTQ icmasına qarşı nifrəti təşviq edir. Mahnının video klipində səsləndirilən homofob ifadələr cəmiyyətdə homofobiyanı legitimləşdirir və zorakılıq riskini artırır.
Klip yayımlandıqdan sonra homofob şərhlərin çoxalması və bəzi sənətçilərin bu mahnını dəstəkləməsi vəziyyətin daha təhlükəli olduğunu göstərir. Xüsusilə müğənni Elnarə Xəlilovanın bu treki təbrik etməsi sənət aləmində də kuirfobiyanın yayıldığını göstərir.

Ömər Məmməd
Ömər Məmməd, kuir-feminist aktivist və kontent yaradıcısıdır.