Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Türkiyədə kuir jurnalist və 59 fəal saxlanılıb
  • Xarici

Türkiyədə kuir jurnalist və 59 fəal saxlanılıb

Qıy Vaar! Fevral 19, 2025
İllustrasiya: Semih Özkarakaş

Türkiyənin İstanbul şəhərində 18 fevral səhəri bir çox jurnalistə və fəallara qarşı ev basğını təşkil olunub. İstanbul Prokurorluğunun açıqlamasına görə, ümumilikdə 60 nəfərin saxlanıldığı deyilib. EMEP, SYKP ve HDK kimi sosialist partiya və hərəkatların fəallarının da olduğu bildirildi.

Saxlanılanlar arasında KaosGL.org LGBTİ+ dərnəyi və xəbər portalının Baş redaktoru Yıldız Tar da var. Media və Hüquq Tədqiqatları Dərnəyi (MLSA) Ankarada saxlanılan jurnalistin İstanbula göndəriləcəyini düşündüyünü deyir. Bu haqda KAOS GL xəbər verərək istintaq çərçivəsində jurnalistin vəkillə görüşünə 24 saat qadağa qoyulduğunu deyib.

MLSA Hüquq təşkilatı Yıldız Tar və digər saxlanılan müstəqil jurnalist Elif Akgülün həbsi ilə bağlı verilən məxfilik qərarına, rəqəmsal materialların müsadirə edilməsinə və vəkillərin 24 saatlıq ziyarətinə qoyulan qadağaya etiraz edib. KAOS GL dərnəyi isə jurnalist Yıldız Tarın dərhal azad edilməsini tələb edərək deyib: “İstanbulda keçirilən əməliyyat çərçivəsində KaosGL.org-un baş redaktoru Yıldız Tar Ankarada saxlanılaraq Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb. Bu baş verənlər Türkiyədə jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı artan siyasi təzyiq və təhdidlərin təzahürüdür.”

Türkiyədə LGBTİ+ dərnəkləri ortaq bəyanat yayaraq saxlanılan digər LGBTİ+ fəalı Erkin və Yıldız Tarın hüquqlarının müdafiəsi üçün ortaq bəyanat yayıblar:

“Qorxmuruq, susmuruq, həqiqəti müdafiə edirik!

Bu səhər əsasən İstanbulda mərkəzində təşkil olunan siyasi əməliyyatda jurnalistindən siyasətçisinə, hüquq müdafiəçisindən sənətçisinə qədər onlarla insan qanunsuz olaraq saxlanılıb. LGBTİ+ hüquq müdafiəçisi Erkin və jurnalist və hüquq müdafiəçisi Yıldız Tar da saxlanılıb.

Yıldız və Erkinin səsi bizim səsimizdir!

Bu əməliyyatlarla təkcə şəxsləri deyil, hüquq uğrunda mübarizə aparan hər kəs hədəfə alınır. Saxlanılanlar arasında illərdir məruz qaldığımız zorakılıqları yazan hüquq müdafiəçisi və jurnalist Yıldız Tar və mübarizəmizin bir parçası olan yoldaşımız Erkin də var.

2025-ci ili “Ailə ili” elan edərək, LGBTİ+ fərdlərinə qarşı ayrı-seçkilik siyasəti və nifrət dolu çıxışlarla LGBTİ+ hüquqları mübarizəsini gözdən salmağa çalışan AKP hökumətinə səslənirik: LGBTİ+ fərdlərinə və hüquqlarımıza hücumu dayandırın. Erkin və Yıldız Tarı buraxın”.

Paylaş

Continue Reading

Previous: Moskvada gey cütlüyə hücum edilib
Next: Trans qadın və nişanlısı təhdidlərə məruz qalıb

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.