
“LGBTİQ+ aktivisti, fəal jurnalist və bloger Əvəz Hafizli 22 fevral 16:00 radələri 2022-ci ildə əmisioğlu Əmrulla Gülalıyev tərəfindən qətlə yetirilmişdir. Əmrulla Gülalıyev Əvəzi qətlə yetirdikdən sonra onun haqqında “ nəslimizin adını batırırdı” demiş və onu gey olduğu üçün qətl etdiyini etiraf etmişdir.”
Montaj: Miray Dəniz, Nurlan Libre
Rejissor: Miray Dəniz
Səsləndirmə: Mehin Kərimli
Musiqi: Funeral March ( by Chopin)
Arxiv: Ülviyyə Əli
Müsahiblər: Fərqanə Novruzova, Fatimə Mövlamlı, Əli Məlikov, Nurlan Libre

Əli Məlikov
LGBTQ+ icmasının səsini gücləndirmək üçün media sahəsində aktiv fəaliyyət göstərən queer aktivistəm. Sosial media və müxtəlif platformalar vasitəsilə LGBTQ+ haqları, gender bərabərsizliyi və trans və kuir icmasının gündəlik problemləri barədə maarifləndirici videolar və məqalələr hazırlamaqla, ictimaiyyəti məlumatlandırmağa və dəyişiklik yaratmağa çalışıram. Qıy Vaar! platformasının qurucularından biri və idea müəllifiyəm.