Özgə deyil!
Trans qadın Aydanın qətli yalnız fərdi cinayət işi kimi deyil, translara qarşı nifrət zəminində törədilən zorakılıq kontekstində də araşdırılmalıdır. Təqsirləndirilən şəxsin LGBTQ+lərə qarşı nifrətini açıq ifadə etməsi, qətli əvvəlcədən planlaşdırdığını bildirməsi və başqa bir trans qadını da öldürmək niyyətində olduğunu deməsi bu motivin hüquqi qiymətləndirilməsini zəruri edir.
Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Röyal İsmayılovun cinayət işi üzrə baxış iclası keçirilib və ittiham aktı elan olunub. Təqsirləndirilən şəxs ittihamı qəbul etdiyini bildirib. Məhkəmə materiallarında Aydanın kimliyinin və trans qadın olmasının necə nəzərə alındığı barədə isə məlumat yoxdur.
Röyal İsmayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir. Bununla belə, ictimaiyyətə açıqlanan ittihamda transfob nifrət motivi ayrıca ağırlaşdırıcı hal kimi göstərilmir.
Özgə deyil. Aydanın həyatı da, kimliyi də tanınmağa və qorunmağa layiqdir. Aydan üçün ədalət, bütün translar üçün bərabər hüquq və təhlükəsizlik tələb edirik.
Aydanın xatirəsi Avropa şəhərlərində
Avropada bir xəyalət dolaşır
20 Noyabr – Transfobiya Qurbanlarının Anım Günündə Aydanın həyatını və translara qarşı ölümcül zorakılığın görünməzləşdirilməsinə qarşı mübarizəni sərhədlərdən kənara daşıyırıq.





