
Seks işçiliyi sahəsində çalışan insanlar üçün, “seks işi” termininin istifadəsi əmək nöqteyi-nəzərindən ödənişli cinsi xidmət məsələsini müzakirəyə açmışdır. “Seks işi” termini əmək haqqı qarşılığında müxtəlif formalarda seksuallıq sahəsində çalışan insanları əhatə edir və seks işini xidmət sektorunun bir qolu hesab edilir. Azərbaycanda seks işçiliyi ilə bağlı qəbul edilən qanunlar havada qaldığı üçün seks işçilərinə polislərin müdaxilələri, LGBTQ+ ovları, dövlət basğıları dəfələrlə yaşanmış haldır. Öncədən məlumatlandırmaq istəyirəm ki, bu epizodda narahatedici hallar barəsində danışılacaq. Əgər xəbərdarsınızsa, davam edə bilərik. Bu epizodun qonağı Sənandır.
Qonaq: Sənan
Aparıcı: Əli Məlikov

Əli Məlikov
LGBTQ+ icmasının səsini gücləndirmək üçün media sahəsində aktiv fəaliyyət göstərən queer aktivistəm. Sosial media və müxtəlif platformalar vasitəsilə LGBTQ+ haqları, gender bərabərsizliyi və trans və kuir icmasının gündəlik problemləri barədə maarifləndirici videolar və məqalələr hazırlamaqla, ictimaiyyəti məlumatlandırmağa və dəyişiklik yaratmağa çalışıram. Qıy Vaar! platformasının qurucularından biri və idea müəllifiyəm.