Tanınmış rəqqasə LGBTİ+ haqqında: “Mən kiməm ‘belə yaşama’ deyim?”

Tanınmış rəqqasə LGBTİ+ haqqında: “Mən kiməm ‘belə yaşama’ deyim?”
Screenshot

Rəqqasə Rəna Ağamuradova (Renka) “Göz-gözə şou” YouTube layihəsində kuir münasibətlər barədə danışıb və insanların şəxsi həyat seçimlərinə hörmət edilməli olduğunu bildirib.

Rəqqasədən oğlanla-oğlanın, qızla-qızın münasibətinə və evlənməsinə necə baxdığı soruşulub. Renka isə “normal baxıram” deyərək bu münasibətlərin insanların öz şəxsi həyatı olduğunu vurğulayıb:

“Bu onların öz həyatıdır, qarışa bilmərəm. Mən kiməm ki, kiməsə ‘belə yaşama’ deyim?”

Renka xaricdə yaşayan eynicinsli münasibətdə olan dostlarından da danışıb. Onun sözlərinə görə, dostları Azərbaycanda özlərini ifadə etməkdə və xoşbəxtliklərini yaşamaqda çətinlik çəkdikləri üçün başqa ölkələrə köçüblər.

“Qoy sevsinlər bir-birlərini”, deyən Renka gənclərlə bağlı əsas narahatlığının isə narkomaniya olduğunu bildirib.

Paylaş