Batumidə çeçen trans ölü tapılıb, qardaşı qətl edildiyini düşünür

Batumidə çeçen trans ölü tapılıb, qardaşı qətl edildiyini düşünür
Foto: OC-Media

21 yaşlı çeçen trans Dmitri Menyayev avqustun 15-də Gürcüstanın Batumi şəhərində yaşadığı mənzildə ölü tapılıb. Gürcüstan Daxili İşlər Nazirliyi onun ölüm faktı ilə bağlı araşdırmanı “intihara təhrik” maddəsi üzrə başladıb.

Menyayevin 2022-ci ildən Gürcüstanda yaşadığı bildirilir. Onun qardaşı Kuzma Yakimets isə ölümün intihar olmadığını və qardaşının zorakılıq nəticəsində öldürülmüş ola biləcəyini düşünür. O, işin qətl kimi araşdırılmasını istəyir və ölümün Menyayevin trans kimliyi ilə əlaqəli ola biləcəyini istisna etmir.

Yakimetsin sözlərinə görə, mənzildə əşyalar dağınıq vəziyyətdə olub və onun fikrincə, orada başqa şəxsin olduğuna işarə edən hallar var. Lakin ailənin vəkilinin bildirdiyinə görə, meyitin ilkin müayinəsində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib və tibbi ekspertizanın nəticələri gözlənilir.

Yakimets qardaşının ölümündən əvvəl hər hansı problem və ya narahatlıq əlaməti göstərmədiyini deyib. Onun sözlərinə görə, Menyayev Batumini öz evi hesab edir, insanlarla onlayn ünsiyyət qurur, stolüstü oyunlarla və 3D dizaynla maraqlanırdı.

Qardaşı onun cinsi oriyentasiyasının ölümündə rol oynaya biləcəyindən şübhələnsə də, hazırda bu ehtimalı təsdiqləyən sübutunun olmadığını da xüsusi vurğulayır.

Paylaş