



Bu səhər Gürcüstanın paytaxtı Tbilisidə on minlərlə insan IDAHOT gününə qarşı fərqli tədbir formalaşdırmaq üçün 2014-cü ildə Gürcü Pravoslav Kilsəsi tərəfindən təsis edilən “Ailə Saflıq Günü” yürüşünə çıxıb.
Gürcü Arzusu hökuməti tərəfindən dəstəklənən tədbir, hökumətyönlü media tərəfindən “bayramın qeyd edilməsi” təqdimatı ilə yayımlanıb.
Əsasən mühafizəkar kütlənin dəstəyini qazanmağa fokuslanan və 2012-ci ildən iqtidarda olan Gürcü Arzusunun, bu müddət ərzində LGBTQ+ haqları və digər insan azadlıqlarının genişlənməsini önləyən siyasət izlədiyi görülür. Hökumət, xüsusilə, 536 gündür davam edən etirazlar fonunda bu kimi mühafizəkar toplanışlara özünə dəstək nümayişi kimi baxır və zaman-zaman böyük mitinqlər təşkil edir.
Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Beynəlxalq Mübarizə Günü (IDAHOT) 2005-ci ildən etibarən hər ilin 17 Mayında qeyd edilir.
