1 DƏQİQƏ, BALAM: Bu həftə gündəmdə nələr var?
-Aktyor Niyaz Novruzov müsahibəsində homofob ifadələr səsləndirərək “üzdəniraq rolları oynamaq istəməzdim” deyib.
“Ümumiyyətlə elə obrazların efirə, teatra gəlməyinin, təbliğ olunmağının da tərəfdarı deyiləm. Bizim teatrda çox yaxşı əsərlər səhnələşdirilir. Bir müddət əvvəl Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesinin məşqlərinə başlamışdıq. Hazırda üzrlü səbəblərdən məşqlərimiz dayanıb”, – deyə Niyaz Novruzov sözlərinə əlavə edib.
-Şimali Qafqazda kuirlərə qarşı yeni həbs dalğası baş verib. Qaraçay-Çərkəz Respublikasında 16 kişi kuir tanışlıq üçün nəzərdə tutulmuş VKontakte qrupunun üzvü olduqları üçün saxlanılıb.
-İngiltərə LGBTQ+lərə qarşı nifrət cinayətlərini “ağırlaşdırılmış cinayət” kategoriyasına daxil edib. Beləliklə, bu qəbildən olan nifrət cinayətlərinə dini və irqi təməlli olanlarla eyni səviyyədə cəzalar veriləcək.

