
Qırğızıstan parlamentinin deputatı Marlen Mamataliyev yeni qanun layihəsi irəli sürüb. Sözügedən qanun layihəsinə əsasən, trans icma öz gender kimliyini rəsmi sənədlərdə və hüquqi çərçivədə tanıda bilməyəcək.
2022-ci ilə qədər Qırğızıstanda hüquqi çərçivədə gender xanasının dəyişdirilməsi nisbətən aydın və şəffaf mexanizm sahib idi. Lakin son üç il ərzində bu sistem mərhələli şəkildə zəiflədilib. Rəsmi olaraq qadağan edilməsə də, qanunvericilikdə yaranmış boşluq səbəbindən trans icmanın məhkəmə vasitəsilə gender xanasını dəyişməsi mümkün olurdu.
Ötən həftəyə qədər vəziyyətin yaxşılaşacağına dair müəyyən gözləntilər mövcud idi. Belə ki, ayrıca bir qanun layihəsi parlamentdə birinci oxunuşdan keçmişdi. Layihə qəbul ediləcəyi təqdirdə, Nazirlər Kabinetinə pasportlarında gender xanasının dəyişdirilməsi şərtlərini müəyyən etmək səlahiyyəti verəcəkdi. Bu isə uzun müddətdir gözlənilən hüquqi gender tanınması ilə bağlı normativ aktın qəbuluna şərait yarada bilərdi.
Belə ki, parlamentdə birinci oxunuşdan keçən qanun layihəsi qəbul olunacağı halda, Nazirlər Kabinetinə sənədlərdə gender xanasının dəyişdirilməsi qaydalarını müəyyən etmək səlahiyyəti veriləcəkdi. Bu isə trans icmanın uzun müddətdir gözlədiyi normativ bazanın formalaşmasına imkan yarada bilərdi. Lakin aşağıda təqdim olunan yeni qanun layihəsi bu gözləntiləri puç etdi.
Qırğızıstan parlamentinə təqdim olunan yeni qanun layihəsi genişmiqyaslı məhdudiyyətlər təklif edir. Beləliklə, layihə gender xanasının dəyişdirilməsinin dayandırılmasını, eləcə də hormon terapiyası da daxil olmaqla tibbi xidmətlərə çıxışın məhdudlaşdırılmasını nəzərdə tutur. Layihə Ailə Məcəlləsinə, mülki qeydiyyat və səhiyyə qanunvericiliyinə dəyişikliklər təklif edir. Dəyişikliklərə görə, gender yalnız doğum zamanı qeydə alınmış bioloji göstəricilər əsasında müəyyən ediləcək və sonradan dəyişdirilə bilməyəcək.
Bundan əlavə, qanun layihəsi interseks halları istisna olmaqla, tranzisiya ilə bağlı tibbi müdaxilələri qadağan etməyi nəzərdə tutur. Valideynlərə isə uşaqları yalnız doğum zamanı təyin edilmiş cinsə uyğun şəkildə böyütmək öhdəliyi qoyulur. Qanun mart ayında keçiriləcək səsvermə ilə qəbul edilərsə, qəbulundan 15 gün sonra qüvvəyə minəcək və ölkə üzrə mülki qeydiyyat orqanları, səhiyyə müəssisələri, məhkəmələr tərəfindən icra olunacaq. Bu isə dövlətin gender, ailə münasibətləri və bədən üzərində nəzarətini daha da artıracaq.
Qeyd etmək lazımdır ki, bu layihə artıq qüvvədə olan və 25 yaşadək şəxslərə tətbiq edilən qadağalara əlavə məhdudiyyətlər gətirir. Təklif olunan yeni layihənin fərqi isə Qırğızıstanda trans icmanın tamamilə tanınmamasıdır.
