
Polşada TikTok platformasında yayılan “Szon Patrol” adlı trend qısa zamanda sosial narahatlığa səbəb olub. Özünü əxlaq polisi kimi təqdim edən bu qrup küçələrdə üstündə “szon patrol” yazan jaketlərlə gəzir.
Trendin mahiyyəti ondan ibarətdir ki, gənclərin şəkilləri sosial şəbəkələrdə paylaşılır, onların geyimləri və davranışları ictimai şəkildə tənqid olunur. Bu qrup əsası ilə qadınları hədəfə çevirir. Qısa müddətdə bu paylaşımlar aqressiv şərhlərə, təhqirlərə və təqib hallarına gətirib çıxarıb. Hazırda bu kontentdə 12 mindən çox video paylaşılıb.