Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Xarici

Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib

Qıy Vaar! Sentyabr 30, 2025

Rusiyada məhkəmə bir qadını beş il əvvəl sosial şəbəkədə paylaşdığı postlara görə “LGBT təbliğatı” ittihamı ilə cərimələyib. Bu post qadın tərəfindən  2020-ci ilin may ayında “VK” sosial şəbəkəsində paylaşılıb.

Şəxsiyyəti açıqlanmayan qadın 9 sentyabrda Çerkessk şəhərində məhkəmə qarşısına çıxarılıb. O, ittihamı qəbul edib, peşmançılıq ifadə edərək, postu unutduğunu və həmin hesabdan illərdir istifadə etmədiyini bildirib. Məhkəmə onu 1.000 rubl (təxminən 10 avro) məbləğində cərimələyib.

Bu cəza Rusiyanın Ali Məhkəməsinin 2023-cü ilin noyabrında verdiyi qərardan sonra artan təzyiqlərin bir hissəsidir. Həmin qərarda guya mövcud olan “Beynəlxalq LGBT Hərəkatı” “ekstremist təşkilat” elan olunub. Qanunvericiliyə edilən dəyişikliklərlə görə  “LGBT təbliğatı” qadağan edilib. Nəticədə LGBTQ+ simvolları və məzmunlarına görə yüzlərlə insana qarşı məhkəmə işləri açılıb. Son aylar hətta Pink Floydun The Dark Side of the Moon albomunun üz qabığı və göy qurşağı emojiləri belə hədəf alınıb.

Annexiya olunmuş Krımda isə bir məhkəmə İrina Xoxlatkinanı VKontakte sosial şəbəkəsində paylaşdığı şəkillərə görə 100.000 rubl (1.280 ABŞ dolları) məbləğində cərimələyib. Şəkillərdə gəlinlik geyinmiş kişilər var və onlar ənənəvi gender rollarını satira edən yazılarla təqdim olunub. Məsələn: “Niyə mən səni dəvət etməliyəm?”, “Hesabı bölüşək” və s.  Qadın məhkəmədə bildirib ki, bu paylaşımları başqa bir qrupdan götürərək, “kişilərlə qadınlar arasında psixoloji münasibətləri yaxşılaşdırmaq” məqsədilə yayıb. Lakin istintaq orqanları onu “qeyri-ənənəvi münasibətlərin təbliği” və “cinsi dəyişiklik təşviqi”ndə ittiham edib.  Hakimlərə görə, həmin şəkillər “kişiləri Rusiyada qəbul olunmuş heteroseksual kişi obrazından kənarda göstərir.”

Rusiya uzun illərdir LGBTQ+ hüquqları ilə bağlı tənqid olunur. 2013-cü ildə qəbul edilən “azyaşlılara LGBT təbliğatı qadağası” qanunundan sonra təzyiqlər daha da artıb. Yalnız 2024-cü ildə məhkəmələrdə 130-dan çox LGBT təbliğatı” ittihamı ilə işə baxıbıb, 70-dən çox şəxs və 20 təşkilat günahkar bilinib.

Şəkillər qadının “VKontakte” sosial şəbəkəsindəki paylaşımıdır.

Mənbələr: [1], [2], [3]

Paylaş

Continue Reading

Previous: Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq
Next: Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Related Stories

TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Multimedia
  • Xarici

TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir

Oktyabr 2, 2025
Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq
  • Xarici

Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

Sentyabr 29, 2025
Çində filmə senzura: gey cütlük səhnəsi süni intellektlə dəyişdirildi
  • Xarici

Çində filmə senzura: gey cütlük səhnəsi süni intellektlə dəyişdirildi

Sentyabr 25, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.