Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq
  • Xarici

Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

Qıy Vaar! Sentyabr 29, 2025

Slovakiya Konstitusiyasında dəyişiklik edilərək yalnız iki cinsin (kişi və qadının) tanınması qanuniləşdirilib. Yeni qəbul edilən düzəlişdə qeyd olunur ki, “Slovakiya Respublikası yalnız bioloji olaraq müəyyən edilən iki cinsi tanıyır.” 

TASR xəbər agentliyinin məlumatına görə, Bratislavadakı Milli Şurada 150 deputatdan 90-ı dəyişikliyin lehinə, yalnız 7 nəfər isə əleyhinə səs verib.

Dəyişiklik həmçinin övladlığa götürmə hüququnu yalnız evli heteroseksual cütlüklərlə məhdudlaşdırır və surroqat analığı qadağan edir.

Baş nazir Robert Fico yanvarın sonunda qanunun dərcindən sonra çıxış edərək, bu addımı “əcdadlarımızın ənənələri, mədəni və mənəvi irsi”nə əsaslanan və “proqressiv siyasətə qarşı konstitusion baryer” kimi qiymətləndirib. O, bunu həm də “sağlam düşüncəyə dönüş” adlandırıb.

Avropa Şurasının Venesiya Komissiyası isə xəbərdarlıq edərək bildirib ki, “milli kimlik”, “mədəni və etik məsələlər” anlayışları Slovakiyanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etməməlidir. 

Komissiya həmçinin xəbərdarlıq edib ki, konstitusiyada genderin yalnız ikili anlayış kimi qeyd olunması gələcəkdə cinsi orientasiya və gender identikliyi əsaslı ayrı-seçkilik kimi istifadə edilməməlidir.

Paylaş

Continue Reading

Previous: Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
Next: Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib

Related Stories

TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Multimedia
  • Xarici

TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir

Oktyabr 2, 2025
Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Xarici

Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib

Sentyabr 30, 2025
Çində filmə senzura: gey cütlük səhnəsi süni intellektlə dəyişdirildi
  • Xarici

Çində filmə senzura: gey cütlük səhnəsi süni intellektlə dəyişdirildi

Sentyabr 25, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.