
Bakıda Neftçilər metrosu yaxınlığında küçədə hərəkət edən trans qadına qarşı hücum edilməsi ilə bağlı görüntülər yayılıb. Videodan görünür ki, avtomobildə üç kişi öz aralarında danışır və hadisəni lentə alır. Onlardan biri telefon vasitəsilə canlı yayım aparır, digəri isə əlində daş tutaraq avtomobilin pəncərəsini açır və ağır təhqiramiz ifadələr səsləndirir. Daha sonra həmin şəxs daşı trans qadına atır və ayağından vura bildiyini deyir.
Görüntülərdə maşındakıların sürətini artıraraq hadisə yerindən uzaqlaşdığı da görünür. Videodaki şəxlərin bunu həm də izlənmə xatirinə etdiyi çox açıqdır. Onlar öz aralarında canlıya nə qədər adamın baxdığını danışırlar. Yayılan videoda isanların izlənmək üçün transları hədəf alması və hətta canlıyı izləyən insanların rəylərdə gülüş ataraq transları lağa qoyması aydın görünür.
Dövlətin cinayət hadisələrinə etinasızlığı transfobiyanı o qədər tirajlayıb, normallaşdırıb ki, insanlar transfob cinayət törədərkən bunu videoya çəkməkdən, hətta canlı yayımda sosial mediada göstərməkdən çəkinmirlər.
Videoda açıq-aşkar cinayət törədən, zərərçəkmiş trans qadının şəxsiyyət və ləyaqətini alçaldan, ayrıseçkilik və nifrət tirajlayan şəxslərin cəzalandırılmasını tələb edirik!