Azərbaycan Əfqanıstanda qadınlar üçün xalçaçılıq mərkəzi açıb, açılışda qadınlar iştirak etməyib

Azərbaycan Əfqanıstanda qadınlar üçün xalçaçılıq mərkəzi açıb, açılışda qadınlar iştirak etməyib

Azərbaycanın maliyyə dəstəyi ilə Əfqanıstanın paytaxtı Kabildə qadınlar üçün xalçaçılıq üzrə tədris mərkəzi açılıb. Layihə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), İslam Əməkdaşlıq Təşkilatı və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyi tərəfindən həyata keçirilib.

Məlumatlara görə, mərkəzdə eyni vaxtda 80 qadına xalçaçılıq üzrə təlim keçmək imkanı yaradılıb.

Ancaq sosial şəbəkələrdə yayılan görüntülər açılış mərasimində heç bir qadının iştirak etmədiyini göstərir. Qadınlara həsr olunan bir layihənin təqdimatında yalnız kişi diplomatların və yerli rəsmilərin iştirak etməsi geniş tənqidlərə səbəb olub.

Paylaş