Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

Qıy Vaar! İyun 23, 2025

Britaniyalı 67 yaşlı trans qadın Anne Isabella Coombes bu ilin yanvarında məşğul olduğu üzgüçülüyə yenidən qayıdaraq “open” (açıq) kateqoriyada yarışıb. O, İngiltərənin rəsmi üzgüçülük qurumu tərəfindən trans qadınların “qadın” kateqoriyasından çıxarılmasına etiraz edib.

Üzgüçülük qrumu 2023-cü ildə qəbul etdiyi yeni siyasətlə trans və qeyri-binar idmançıları “female” (qadın) qrupundan çıxarıb, onları “open” kateqoriyasına yəni cis kişi, trans qadın və qeyri-binar idmançıların qarışıq yarışdığı qrupa daxil edib.

Anne isə bu məntiqsizliyi sübut etmək üçün yarışda üstsüz üzərək iştirak edib. O, yarışdığı kataqoriyada cis kişilər ilə birgə üzüb lakin, qrumun onun “qadın” kataqoriyasının üzgüçülər ilə eyni qaydada geyinməsi lazım olduğunu bildirib. Anne həm yarış qaydalarındakı “əxlaq prinsipi” (morality clause) tələbini, həm də yeni qaydaların məntiqsizliyini sübut etmək istədiyi üçün belə etdiyini deyib.

O, idmançı kimi 60 ildən çox üzgüçülük təcrübəsinə malikdir və keçmişdə, 2022-ci ildə, qadınlar kateqoriyasında yarışa qəbul edilib. Bu zaman ona şifahi müsahibələr, testosteron səviyyələrinin yoxlanılması və rəsmi sənədlər tələb olunub.

Yeni siyasətə görə isə ona ya “open” (açıq) kateqoriyasında yarışmaq, ya da idmanı tərk etmək tapşırılıb.

Bu addımla o trans qadınların da idmanda “qadın” kateqoriyasında iştirak etmək hüququna malik olduğunu və trans qadınlara qarşı “bioloji üstünlük” iddialarının əsassız olduğunu deyir.

İngiltərənin üzgücülük qrumu (Swim England) isə bildirir ki, gələcək yarışlarda Annenin geyim seçiminə hakim qərar verə bilər. Əks təqdirdə diskvalifikasiya riski var.

Paylaş

Continue Reading

Previous: Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
Next: Avropada LGBTQİ hüquqları ilə bağlı pozitiv yeniliklər

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.