Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Rumıniyada tarixi an: Budapeşt Qürur yürüyüşünə rekord – 30 min nəfər qatıldı
  • Xarici

Rumıniyada tarixi an: Budapeşt Qürur yürüyüşünə rekord – 30 min nəfər qatıldı

Qıy Vaar! İyun 19, 2025

Bu il Rumıniyada ölkə tarixinin ən böyük Qürur Yürüşü keçirilib. Təxminən 30 min nəfər iyunun 7-də Buxarest küçələrinə çıxıb. Bu, hələ də güclü homofob əhval-ruhiyyənin hökm sürdüyü bir cəmiyyət üçün mühüm hadisə olub. 

Yürüş Rumıniyada LGBTQ+ hüquqları uğrunda mübarizə aparan ACCEPT təşkilatı tərəfindən təşkil edilib. 1996-cı ildə yaradılan ACCEPT homoseksuallığın cinayət hesab edildiyi 200-ci maddənin ləğvində əsas rol oynayıb. Bu maddə 2001-ci ildə ləğv edilib və artıq 2005-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə ilk Qürur yürüşü keçirilib. Həmin vaxtdan etibarən ACCEPT bu sahədə dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrilib.

Rumıniyada homoseksuallıq 2001-ci ildə dekriminallaşdırılsa da, o vaxtdan bəri mühafizəkar dairələr LGBTQ+ icması əleyhinə qanunvericilik təşəbbüsləri və ritorikanı davam etdirirlər. 2018-ci ildə homoseksuallığın yenidən cinayət sayılması ilə bağlı uğursuz təşəbbüs irəli sürülüb. 

Günü bu gün də Rumıniyanın siyasi diskursunda LGBTQ+ icmasına qarşı fəaliyyətlər davam etməkdədir. Rumıniyanın tanınmış milyarderi Gigi Becali LGBTQ+ icmasının əleyhinə addımları açıq şəkildə dəstəkləyən şəxslərdən biridir. O, builki Qürur yürüşünün marşrutunu “müqəddəs su ilə təmizləmə” kimi simvolik aksiya keçirib.

2024 – 2025 seçki kampaniyası dövründə Rumıniyada LGBTQ+ icmasına qarşı nifrət zəminində törədilən cinayətlər və ictimai təzyiqlər artıb. Buna ölkədəki radikal sağ ritorika və dini fanatizm təkan verib. Yürüşdən əvvəl Buxarestdə bir binanın üzərində “STOP LGBT” plakatı asılıb. Bu addım fəallara təzyiqin hələ də davam etdiyini göstərən simvolik hadisədir.

Bütün bu təzyiqlərə baxmayaraq, LGBTQ+ icmasının cavabı güclü və qətidir. Bu tədbir Rumıniya tarixindəki ən böyük Qürur Yürüşü olmaqla yanaşı, ölkədə Qürur yürüşlərinin keçirilməsinin 20 illiyinə təsadüf edib. Əvvəllər daha çox bayram xarakteri daşıyan yürüş bu il etiraz aksiyasına çevrilib. 

Qeyd edək ki, Rumıniya LGBTQ+lərin hüquqlarının qorunmasında hələ də Avropa İttifaqının bir çox ölkəsindən geri qalır. Lakin bu münasibət minlərlə insanı yürüşə qatılmaqdan çəkindirməyib. 

Mənbələr: 

[1], [2], [3], [4].

Paylaş

Continue Reading

Previous: Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
Next: Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.