Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Ermənistanlı trans fəal Lilit Dubay hava limanında saxlanılıb və alçaldıcı rəftara məruz qalıb 
  • Xarici

Ermənistanlı trans fəal Lilit Dubay hava limanında saxlanılıb və alçaldıcı rəftara məruz qalıb 

Qıy Vaar! İyun 18, 2025

Screenshot

Lilit Martirosyan

Ermənistanlı tanınmış trans hüquq müdafiəçisi Lilit Martirosyan may ayında San-Paulodan Mombasaya səyahət edərkən Dubayda beynəlxalq hüququ pozan münasibətlə qarşılaşıb. 

Yalnız tranzit zonada olan Lilit, Dubay hava limanında heç bir hüquqi əsas olmadan saxlanılıb, pasportu əlindən alınıb, şəkli icazəsiz çəkilib və ona 14 saat ərzində nə su, nə yemək, nə də istirahət imkanı verilib.

Martirosyanın bildirdiyinə görə, problem hələ San-Paulo hava limanında Emirates şirkətinin qeydiyyat masasında başlayıb. Burada pasportu qeyri-adi uzun müddət saxlanılıb və ona səyahətlə əlaqəsi olmayan suallar verilib. Dubaya çatdıqdan sonra isə hava limanında dərhal saxlanılıb və “sən transsan, Dubaya daxil ola bilməzsən” sözləri ilə alçaldılıb.

Hadisə ilə bağlı Emirates şirkətinə dəfələrlə şikayət edilsə də, heç bir cavab verilməyib. Şirkət məsuliyyəti rədd edərək, səlahiyyətlərinin olmadığını bildirib. Halbuki, Martirosyanın Emirates qaydalarına əsasən oteldə qalmağa hüququ var idi və şirkət bunu təmin etməli idi.

Hazırda beynəlxalq All Out platformasında Lilit Martirosyana dəstək məqsədilə imza kampaniyası başladılıb. Kampaniya Birləşmiş Ərəb Əmirliklərindən hadisənin araşdırılmasını və rəsmi üzr istənilməsini tələb edir. 

Aktivistlər baş verənlərin təkcə Lilit üçün deyil, bütün translar üçün təhlükəli vəziyyət yaratdığını vurğulayırlar.

Paylaş

Continue Reading

Previous: Polşada sonuncu “LGBT‑dən azad zona” da ləğv edilib
Next: Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.