Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Trans qaçqınlar Alisanın ölümündən sonra Haaqada etiraz aksiyası keçirdi
  • Xarici

Trans qaçqınlar Alisanın ölümündən sonra Haaqada etiraz aksiyası keçirdi

Qıy Vaar! Aprel 22, 2025

17 aprel 2025-ci il tarixində Haaqada azyaşlı trans qaçqın Alisanın intaharından sonra etiraz aksiyası təşkil olunub.

“Trans Utrecht & Beyond” təşkilatının təşkil etdiyi bu aksiya təxminən iki yüz nəfərin iştirakı ilə baş tutub.Aksiyada trans qaçqınlar çıxış edərək yaşadıqları təhlükəli həyat şəraiti və qaçqın düşərgələrindəki qeyri-insani münasibətlər barədə danışıblar.

Azərbaycanlı trans qaçqın Anna öz çıxışında bildirdi:

“Bu gün burada yalnız bir qaçqın kimi deyil, eyni zamanda trans qadın olaraq danışıram. Mən ölkəmi tərk etmişəm, çünki orada özüm olmaq hər gün təhdid olunmaq demək idi. Mən kim olduğuma görə həbs olundum, təqib edildim. Hələ də məni axtarırlar. Mən təhlükədə idim və hələ də təhlükədəyəm.”

Anna əlavə edir:

“Mən cinayətkar deyiləm, insanam. Mənim kimliyim cinayət deyil. Tək istəyim təhlükəsizlikdir. Yaşamaq və var olmaq hüququ. LGBTQIA+ qaçqınlar statistika deyil, biz varıq, biz gerçəyik. Biz yaşamaq və təhlükəsiz olmaq haqqına sahibik.”

Etiraz zamanı iştirakçılar “Trans uşaqları qoruyun”, “Transfobiyaya son”, “Kapitalizmə son”, “İrqçiliyə son” kimi şüarlarla çıxış etdilər və rəngarəng plakatlar nümayiş etdirdilər.

Aksiya Alisanın faciəli intaharı ilə əlaqədar olaraq LGBTQIA+ qaçqınların qarşılaşdığı problemləri gündəmə gətirmək, onların təhlükəsiz və insanlara layiq şəkildə yaşamaq hüquqlarını müdafiə etmək məqsədilə təşkil olunmuşdu.

Paylaş

Continue Reading

Previous: “Trans hüquqları insan hüquqlarıdır”: Londonda minlərlə insan Ali Məhkəmənin qərarına etiraz etdi
Next: “Xəzər Klinikası”nda İİV pozitiv vətəndaşın hüquqları pozulub

Related Stories

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Xarici

Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Sentyabr 8, 2025
Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Xarici

Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

Sentyabr 6, 2025
İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir
  • Xarici

İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Sentyabr 2, 2025

Son Postlar

  • Məhkəmə Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçiyə “homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkir” əsası ilə yüngül cəza verib
  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.