

İngiltərə Ali Məhkəməsi 2010-cu ildə qəbul edilən Bərabərlik Qanununa dair yeni qərar verib. Qərara görə, bu qanunda “qadın” anlayışı yalnız qadın olaraq doğulan insanlara aiddir. Yəni trans qadınlar bu anlayışa daxil edilmir.
Bu dəyişiklik Şotlandiyada fəaliyyət göstərən “For Women Scotland” adlı bir qrupun iddiasından sonra baş verib. Qrup qanunda “qadın” sözünün yalnız bioloji cinsiyyətə əsaslanmalı olduğunu müdafiə edib və əvvəlki məhkəmə qərarına etiraz etməyə başlayıb. Daha sonra isə məhkəmə yeni qərarı qəbul edib. Məhkəmə qərarında qeyd olunur ki, “qadın” və “kişi” anlayışları qanunda bioloji mənada başa düşülür. “Cinsiyyət ikilidir” – yəni hər kəs ya qadın, ya da kişidir.
Qərardan sonra ictimaiyyət arasında narazılıq artıb. Aktivistlər bu qərarın trans icmasına sosial və psixoloji zərər verəcəyini bildiriblər. Sosial mediada həm etirazlar, həm də dəstək mesajları yayılıb. Bu qərar bir çox trans və qeyri-binarın hüquqi statusunu qeyri-müəyyən edir. Qadınlara məxsus olan bəzi məkanlar, xidmətlər və imkanlar trans qadınlar üçün əlçatmaz ola bilər. Bir çox təşkilat isə bu qərara qarşı etiraz aksiyası keçirməyə çağırıb.
“Trans azadlığı indi,
Trans azadlığı daim”
şüarları ilə həmrəylik nümayiş etdirilir.