Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Xarici
  • Macarıstan parlamenti bu il keçiriləcək Qürur Yürüşünü qadağan edib
  • Xarici

Macarıstan parlamenti bu il keçiriləcək Qürur Yürüşünü qadağan edib

Qıy Vaar! Mart 22, 2025
Foto: Radio Freedom Europe

Qürur Yürüşünü və LGBTQ+ haqlarını dəstəkləyən bütün nümayişləri qadağan edən qanunu iqtidardaki sağçı Fidesz Partiyası 24 saat içində parlamentdən keçirməyə müvəffəq olub. Dəyişiklik 136  lehinə, 27 əleyhinə səslə qəbul edilib və heç bir deputat bitərəf qalmayıb.

Parlamentdə Qürur Yürüşü və digər LGBTQ+ haqları nümayişlərinin qadağan edilməsini müdafiə edənlər əsas arqument kimi bu nümayişlərin uşaqlar üçün təhlükəli olmasını göstəriblər. LGBTQ+ nümayişlərinin keçirilməsi “Uşaq Qoruma” qanununun pozuntusu kimi tanınıb. Bu qanunda isə 18 yaşından kiçik olanların LGBTQ+ təsvirləri və təqdimatına məruz qalması qadağan edilib.

İlk olaraq 2021-ci ildə təqdim edilən “Uşaq Qoruma” qanunu TV proqramları, reklamlar və kitablar da daxil olmaqla 18 yaşından kiçik olanlar üçün əlçatımlı olan bütün media vasitələrində LGBTQ+ kontentlərini qadağan edir. Həmçinin, məktəblərdə cinsiyyət müxtəlifliyi müzakirələrinin aparılması və sırf bu qərarla bağlı etiraz aksiyaları keçirmək həmin qanunla qadağan edilmişdi.

Macarıstan hökuməti Qürur nümayişlərinin hüquq və azadlıqları təmsil etmədiyini, əksinə, seksual təbliğat xarakterli olduğunu bəyan edir. Viktor Orbanın liderliyindeki mühafizəkar sağçı Fidesz Partiyası 2010-cu ildən bəri Macarıstanı avtoritarlaşdırır və getdikcə vətəndaş cəmiyyəti üzərində təzyiqlərini artıraraq sivil haqları daha çox məhdudlaşdırır.

Müşahidəçilər qeyd edirlər ki, 2026-ci ildə keçirilməsi gözlənilən seçkilər öncəsində yeni bir müxalifət partiyasınındaha əvvəl bənzəri görülməyən formada meydan oxuması ilə üzləşən Viktor Orban LGBTQ+ icmasına hücum etmək yolunu tutub. O, həmçinin, son həftələrdə Macarıstandaki müstəqil media və QHT-lərin xaricdən maliyyələşməsini qadağan edəcəyi sözünü də verib.

Yeni qəbul edilən qanunla hər hansı bir Qürur nümayişi təşkil edən və ya iştirakçı kimi bu nümayişə qatılan şəxsləri 200 min Macar forinti (təxmini 500 avro) məbləğində cərimə gözləyəcək.

Müxalifətdə olan kiçik Momentum Partiyasının millətvəkilləriisə qanuna etiraz olaraq zalda tüstü fişəngləri yandırıblar və Putinlə Orbanın öpüşməsi simulizasiya edilən fotoları digər millətvəkillərinə paylayıblar. Paytaxt Budapeştin bələdiyə başqanı qanuna qarşı tənqidi mövqe sərgiləyib. Həmçinin, dəyişikliyə qarşı çıxmaq üçün parlamentin qarşısına toplaşan minlərlə aktivist Margaret Körpüsünə doğru yürüş həyata keçirib. Polis kordonları ilə üz-üzə gələn etirazçılar “Toplaşma fundamental bir haqdır” şüarı səsləndiriblər.

Bu il 30-cu ildönümün qeyd olunması gözlənilən “Budapest Pride”ın təşkilatçıları isə qanunu sərt şəkildə tənqid edərək bu dəyişikliyi insan haqları pozuntusu olaraq gördüklərini bəyan ediblər. Onlar qeyd ediblər ki, qadağaya rəğmən builki Qürur Yürüşünü planladıqları formada təşkil edəcəklər.

Paylaş

Continue Reading

Previous: Lezbiyan qadın zorla pisxiatrik xəstəxanaya salınıb
Next: Litvalı feministin Gürcüstana girişi qadağan edilib

Related Stories

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Xarici

Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”

İyun 25, 2025
Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • Xarici

Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər

İyun 24, 2025
İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Xarici

İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub

İyun 23, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.