
🗞️ BİR DƏQİQƏ, BALAM: fevral ayı yadımızda necə qaldı? Fevral ayında LGBTİ+lərin gündəmində olan mövzuları sizə çatdırırıq.
- Biləsuvarda 17 yaşlı Simuzər Heydərovanın intihar etdiyi bildirilir. O, fevralın 8-də yaşadığı evin həyətində asılmış vəziyyətdə tapılıb. Hadisənin səbəbi kimi məktəbdə bullinqlə üzləşməsi, incidilməsi və aqressiv davranışa məruz qalması iddia olunur. Faktla bağlı prokurorluq və təhsil idarəsi araşdırma aparır.
- Oklandda Destiny kilsəsinin üzvləri Qürur paradına etiraz edərək haka ifa edib və polis ilə toqquşub. Etirazçılar “Man Up” (kişi ol) yazılı köynəklər geyinərək yürüş ediblər. Qrupun lideri sosial mediada Qürur paradına qarşı radikal çağırışlar edib.
- BMT ekspertləri Belarus hökumətinin insan haqları pozuntularına yol verdiyini və bunun Lukaşenkonu hakimiyyətdə saxlamaq məqsədilə edildiyini bildiriblər. Hesabatda siyasi həbslər, LGBTİ+ icmasına qarşı zorakılıq və vətəndaşların izlənməsi qeyd edilib. 2020-ci ildən 600 min insan ölkəni tərk edib, 2024-cü ildə isə 228 QHT bağlanıb.
- Tibb mütəxəssisi Rəşid Mahmudov homoseksuallığın xəstəlik olduğunu iddia edib. O, LGBTİ+lərin hormonal pozuntular yaşadığını və bunun nəticəsində kişilərin feminin xüsusiyyətlər qazandığını söyləyib.

Ömər Məmməd
Ömər Məmməd, kuir-feminist aktivist və kontent yaradıcısıdır.