Azərbaycanda Trans Qətlləri (2015-2026)

Azərbaycanda Trans Qətlləri (2015-2026)

2015-ci ildən bəri Azərbaycanda qətlə yetirilmiş trans qadınların hekayələrini bir araya gətirən bu siyahı son 11 ildə trans icmasının üzləşdiyi zorakılığın sənədləşdirilməsi və qurbanların xatirəsinin yaşadılması məqsədi daşıyır. Bu adların hər biri bir insanın, yarımçıq qalmış həyatın və əlindən alınmış yaşamaq hüququnun hekayəsidir. Onları unutmamaq, kimliklərini tanımaq və hər bir ölümə görə ədalət tələb etmək bizim məsuliyyətimizdir.

Ayla Dəmirova
Ayla Dəmirova

Ayla Dəmirova (1988-2015)

27 yaşlı trans qadın 23 iyun 2015-ci ildə Bakının Səbail rayonunda görüşmək üçün pul ödəmək məqsədilə evinə gələn Şahlar Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Məhkəmədə təqsirləndirilən şəxs Aylaya görüş qarşılığında pul verməli olduğunu etiraf edib. O, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Kristina
Kristina

Kristina (35 yaş, 2018)

Azərbaycanlı trans qadın 8 mart 2018-ci ildə İstanbulun Bəyoğlu səmtində qaldığı apart oteldə qətlə yetirilib. Təxminən beş il əvvəl ailə təzyiqindən və Azərbaycanda üzləşdiyi zorakılıqdan qaçaraq İstanbula köçən Kristinanın qətlində şübhəli bilinən İran vətəndaşı Bursa şəhərində saxlanılıb.

Aysu Məmmədli
Aysu Məmmədli

Aysu Məmmədli (1992-2020)

28 yaşlı trans qadın 18 iyun 2020-ci ildə Bakıda müştəri kimi yaxınlaşan şəxs tərəfindən 11 bıçaq zərbəsi ilə qətlə yetirilib. Ailəsi onun trans kimliyinə görə nəşini götürməkdən imtina edib. Aysu kuir icmadan olan dostları tərəfindən dəfn olunub.

Nuray
Nuray

Nuray (1994-2021)

27 yaşlı trans qadın sosial şəbəkələrdə gəlinlik geyimində keçirdiyi ad günü ilə tanınmışdı. 18 avqust 2021-ci ildə Bakının Qaradağ rayonunun Puta qəsəbəsində qətlə yetirilib; əlləri bağlı və yandırılmış cəsədi bir neçə gün sonra aşkarlanıb.

anonim foto
anonim foto

Hülya Sadıqova (1997-2023)

26 yaşlı trans qadın 2023-cü ilin iyulunda Bakının Xocahəsən qəsəbəsində işgəncə verilərək qətlə yetirilib. Meyiti iyulun 5-də aşkarlanıb. Məlumata görə, qətl qadının tapılmasından 2–3 gün əvvəl törədilib.

Aysel

Aysel (1998-2023)

25 yaşlı trans qadın 2023-cü ilin sentyabrında Bakıda hücuma məruz qalaraq qətlə yetirilib. Hadisənin səbəbi və cinayəti törədən şəxsin kimliyi barədə ilkin məlumatlar ziddiyyətli olub, qətlin bütün təfərrüatları ictimaiyyətə açıqlanmayıb.

Anonim foto
Anonim foto

Aytən (2024)

Trans qadın Aytənin meyiti 12 mart 2024-cü ildə Bakının Xocəsən qəsəbəsində, döyülmə izləri ilə aşkarlanıb. Fəalların məlumatına görə, onun qətlində şübhəli bilinən partnyoru və ev sahibi saxlanılıb.

Aydan
Aydan. Foto süni intellektlə yaxşılaşdırılıb.

Aydan (2026)

Bakıda yaşayan trans qadın Aydan 13 fevralda Bakıda, Nərimanov rayonunda yerləşən otellərdən birində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Röyal İsmayılov ifadəsində LGBTQ+ insanlara nifrət bəslədiyini, onları cəzalandırmaq istədiyini və Aydanı öldürməyi əvvəlcədən planlaşdırdığını bildirib.

Paylaş