Yaxşı adını yaman et! – hicab qadağası ilə bağlı mövqe

Yaxşı adını yaman et! – hicab qadağası ilə bağlı mövqe

Hüququn qorunması bir icmanın azadlığını digər icmanın hüquqları ilə qarşı-qarşıya qoymamalıdır. Qıy Vaar! kollektivi Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması və hicablı müəllimlərin ixtisarları barədə yayılan məlumatlardan narahatdır.

Dünyəvi təhsil dini etiqadın təbliğ edilməməsini nəzərdə tutur, lakin insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalmasına əsas vermir. Geyimlə bağlı məhdudiyyətlər uşaqların təhsil hüququnu təhlükə altına atmamalıdır. Azyaşlıları məcburiyyətdən, radikallaşmadan və ayrı-seçkilikdən qorumağın yolu onların təhsil imkanlarını məhdudlaşdırmaq deyil. Əksinə, keyfiyyətli təhsilə, sosial dəstəyə çatımlılıqları təmin edilməli və hüquqlarını qorumalıdır. Çıxış imkanlarını azaltmayın, problemi həll edin.

Biz inanırıq ki, qadınların bədənləri və geyimləri üzərində nəzarət qurmağı həll yolu kimi təqdim etmək və dolayı yolla seçimlərini məhdudlaşdırmaq patriarxal nəzarət mexanizmidir. Qadın geyinəcəyinə, soyunacağına yalnız özü qərar verər.

Qıy Vaar! olaraq Elm və Təhsil Nazirliyini təhsil hüququnu və əmək hüquqlarını qorunmağa, ayrı-seçkiliyə yol açan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.

Paylaş