
Bir müddətdir sosial mediada, xüsusən azad media nümayəndələri tərəfindən danışılan “Media Haqqında qanun” 08 fevral .2022 tarixindən etibarən rəsmi olaraq qüvvəyə mindi. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq Kütləvi informasiya vasitələri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə kütləvi informasiya vasitələrinin əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları artıq konkret şəkildə dövlət maraqlarına uyğun bir şəkildə formalaşdırılmağa cəhd ediləcək. Belə ki, artıq jurnalistlər gizli çəkilişləri “günahkarların” icazəsi olmadan paylaşa bilməyəcək, küçədə baş verənləri, bölmələrdə qadınları öldürən polislərin kefi istəməsə, çəkə bilməyəcək və s.
Bu epizodda mediada LGBTQ təmsilçiliyi ve kuir jurnalist olmaq haqda Sevgi ilə danışacağıq
Qonaq: Sevgi İsmayılbəyli
Aparıcı: Əli Məlikov

Əli Məlikov
LGBTQ+ icmasının səsini gücləndirmək üçün media sahəsində aktiv fəaliyyət göstərən queer aktivistəm. Sosial media və müxtəlif platformalar vasitəsilə LGBTQ+ haqları, gender bərabərsizliyi və trans və kuir icmasının gündəlik problemləri barədə maarifləndirici videolar və məqalələr hazırlamaqla, ictimaiyyəti məlumatlandırmağa və dəyişiklik yaratmağa çalışıram. Qıy Vaar! platformasının qurucularından biri və idea müəllifiyəm.