
Braziliyada sosial mediada yayılan trenddə kişilər qadınlara qarşı zorakılığı “təlim” kimi təqdim edən videolar paylaşır, “rədd cavabı verən qadına necə təzyiq göstərmək” kimi məzmunları normallaşdırırlar. Bu kontent artıq geniş şəkildə dövriyyəyə girib və təkrarlanan modelə çevrilib.
Azərbaycanda da bir gənc, sosial mediada əvvəllər fərqli kontentlərlə tanınan və müəyyən izləyici kütləsi olan istifadəçi bu trendə qoşularaq oxşar məzmun yayımlayıb. Onun videosunda “xoş sözlə və tapança ilə, təkcə xoş sözlə əldə ediləndən daha çoxuna nail olmaq olar” kimi ifadə səsləndirilir, yəni Braziliyada yayılan həmin zorakılıq narrativinin lokal təkrarı.
Eyni zamanda, My Voice, My Choice kollektivi bu tendensiyanı daha geniş kontekstdə təqdim edərək “online rape academy” kimi platformalar haqqında da məlumat yayıb. Bildirilir ki, bu platformalarda kişilər qadınlara qarşı zorakılığı, o cümlədən onları narkotik maddələrlə huşsuz vəziyyətə salmaq və zorakılıq etmək kimi əməlləri çəkib paylaşır və digər istifadəçilər üçün yayımlayır. Məlumata görə, bu platformaya 2026-cı ilin fevralında 62 milyondan çox, mart ayında isə 81 milyondan artıq giriş olub.
Sonda isə “Bütün kişilər yox” arqumenti bu reallığı dəyişmir. Reallıq hər kəsin bu düşüncədə olması deyil, bir nəfərin belə zorakılığı “arqument” kimi görməsidir. Çünki bir kişinin əlində “vasitə” olan şey, bir nəfərin həyatın sonu ola bilər.
