Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Köşə
  • Modern.az-dan homofob başlıq, homofob müsahib
  • Köşə

Modern.az-dan homofob başlıq, homofob müsahib

Qıy Vaar! Sentyabr 24, 2025
Modern.az

Modern.az 20 sentyabr tarixində öz saytında “Cəmiyyət şokda: Gənclər arasında geylik artıb” başlıqlı müsahibə dərc edib. Lakin seçilmiş bu başlıq heç bir statistikaya və real faktlara əsaslanmır. O, açıq şəkildə cəmiyyətin böyük bir qisminin homofob və konservativ baxışlarını hədəfləyərək diqqət çəkmək və nifrəti artırmaq məqsədi daşıyır. Ən narahatedici məqam isə bu başlığın təsadüfi seçilməməsidir.

Azərbaycanda azad medianın sistemli şəkildə sıxışdırıldığı bir dövrdə, hökumət yönümlü media qurumları yalnız icazə verilən və diktə olunan mövzularla məşğul olur. Son illərdə isə bu cür mediada nifrət nitqi və ayrı-seçkilik açıq şəkildə artır. Bu, dövlət siyasətinin bir parçası kimi, bilərəkdən tirajlanır.

Modern.az-a görə “cəmiyyəti şoka salan hadisə” onlarla uşağın bir ay ərzində istismar edilməsi ilə bağlı xəbərlər, polis əməkdaşlarının uşaq təcavüzündə adlarının hallanması və ya müstəqil jurnalistlərin həbs olunması deyil. Onların diqqət mərkəzində gənclər arasında guya “geyliyin artması” dayanır.

Müsahibə isə uroloq-androloq Qardaşxan Məmmədovla aparılıb. O, homoseksuallığın artmasının səbəblərinin yalnız psixoloji deyil, həm də fiziki, hormonal və genetik amillərlə bağlı ola biləcəyini iddia edib. Onun sözlərinə görə, testosteronun azalması, qadın hormonlarının yüksəlməsi, xroniki xəstəliklər, artıq çəki və diabet bu vəziyyəti gücləndirir. Yəni, Məmmədovun arqumentinə əsaslansaq, diabet xəstəsi olmaq insanı “gey” edə bilər.

Həkim həmçinin sosial şəbəkələrdə mövzu ilə bağlı yayılan məzmunun gənclərin özünüifadəsinə təsir etdiyini bildirib və bunu “cəmiyyətin əxlaqi dəyərləri baxımından narahatedici hal” kimi təqdim edib. Lakin diqqətçəkən budur ki, Məmmədov üçün əxlaqsızlıq nümunəs uşaqlara qarşı təcavüz və zorakılıq deyil, insanların şəxsi həyatında kimlə necə cinsi münasibət qurmasıdır.

Müəllif: Ploretar Ördək

Paylaş

Continue Reading

Previous: Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə
Next: Çində filmə senzura: gey cütlük səhnəsi süni intellektlə dəyişdirildi

Related Stories

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti
  • Köşə

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti

Sentyabr 25, 2025
Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə
  • Köşə

Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə

Sentyabr 23, 2025
Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri
  • Köşə

Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri

Sentyabr 17, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.