

Moskvanın Basman Rayon Məhkəməsi qiyabi qaydada “Pussy Riot” qrupunun beş üzvünü Rusiya ordusu barədə saxta məlumatlar yaymaqda təqsirli bilib. Azadlıq Radiosu yazır ki, hökmə əsasən, Mariya Alyoxhina 13 il 15 gün, Taso Pletner 11 il, Olqa Borisova, Diana Burkot və Alina Petrova isə hərəsi 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham materiallarında göstərilir ki, cinayət işinin əsası 2022-ci ildə yayımlanan “Ana, televizora baxma” (“Mama, Don’t Watch TV”) klipi və 2024-cü ilin aprelində Münhendəki “Pinakothek der Moderne” muzeyində keçirilən aksiya ilə bağlıdır. Həmin aksiyada qrup üzvləri Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid edib, prezident Vladimir Putini “hərbi cinayətkar” adlandırmışdı. Aksiya zamanı iştirakçılardan biri prezidentin portreti üzərinə işəmişdi.
“Pussy Riot” üzvləri vəkilləri vasitəsilə ittihamları rədd edib və bu işin siyasi motivli olduğunu bildiriblər.