Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçilərə yüngül cəza verən hakim kimdir?
  • Yerli

Naxçıvanda 14 yaşlı oğlana təcavüz edən hərbçilərə yüngül cəza verən hakim kimdir?

Qıy Vaar! Sentyabr 12, 2025

Naxçıvanın Kəngərli rayonunda 14 yaşlı oğlana 3 hərbi qulluqçu tərəfindən təcavüz edilməsi hadisəsində hakim yüngül qərarlar çıxarıb. Hətta onlardan birinə “homoseksualizm psixi xəstəliyinə əziyyət çəkdiyini” əsas gətirərək 9 ay cəza verib. Bir hərbçiyə isə heç bir cəza verilməyib.

Bu qərarı çıxaran hakim Hüseynov Səxavət Səməd son 12 ildə Naxçıvandakı məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışır. Onun Ədliyyə Nazirliyinin saytında fotoşəkli olmadığından sadəcə Naxçıvan Ali Məhkəməsinin Rəyasət Heyətinin keçirdiyi onlayn iclaslardan olan görüntülərini əldə edə bildik.

Səxavət Hüseynov Naxçıvandakı əsas siyasi işdə də hakimlik edib. 2022-ci ilin dekabrında Vasif Talıbovun vəzifədən uzaqlaşdırılmasından sonra həbs edilən Naxçıvanın Penitensiar Xidmətinin keçmiş rəisi Tofiq Həsənovun cinayət işinə də onun yer aldığı məhkəmə kollegiyası baxaraq 10 il həbs cəzası qərarı çıxarıb. Təcavüzə məruz qalan yeniyetmənin atası Novruz Musayev iddia edir ki, övladına təcavüz edən hərbçilər rüşvət qarşılığında sərt cəzadan yayınıblar və onlardan biri olan Araz Əsədov heç bir cəza almayıb.

Digər təqsirləndirilən şəxs Sənan Pənahov haqqında isə onun homoseksuallıqdan əziyyət çəkdiyi əsas gətirilərək 9 aylıq cəza çıxarılıb. Hakim Səxavət Hüseynovun çıxardığı qərarda qeyd olunur:

“Məhkəmə-ambulator psixiatrik ekspertizasının N6 may N0N5-ci il tarixli N46 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Homoseksualizm” psixi xəstəliyinə tutulmuş…Təqsirləndirilən şəxs həmin xəstəliyə orqanizmin ümumi xəstəliyi nəticəsində tutulmuş, təqsirləndirilən şəxsdə homoseksualizm əlamətləri müşahidə olunur.”

Hələ ki yeniyetmənin ailəsinin qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib-etmədiyi dəqiq bilinmir. Hakim Səxavət Hüseynovun homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkməsi əsası ilə təcavüzçünün cəzasını yüngülləşdirməsi, əgər bu qərar üst məhkəmədə ləğv edilməzsə hüquqi presedent yarada bilməkdədir. Bu isə gələcəkdə digər hakimlər tərəfindən kişilərin azyaşlı oğlanlara təcavüz etməsi hallarında eyni əsasla yüngülləşdirici cəza qərarları çıxarmasına yol aça bilər. 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, azyaşlıya qarşı cinsi zorakılıq 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin hakim Hüseynovun çıxardığı bu qərar qanunun tələbləri ilə ziddiyyət təşkil edir.

Paylaş

Continue Reading

Previous: Mark Zuckerberg “Messenger”dən trans və qeyri-binar temalı dizaynları silib
Next: Son 3 gündə azyaşlıların erkən nikaha cəlb olunması ilə bağlı iki ayrı hadisə ictimailəşib

Related Stories

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Yerli

Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı

Oktyabr 1, 2025
Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Yerli

Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır

Sentyabr 30, 2025
Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu
  • Yerli

Tahir Kərimli yenə LGBTQ+lərə nifrət qusdu

Sentyabr 29, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.