
Aktyor Kamran Ağabalayev aparıcı Rövşanə Ağasəfqızının “Rövşanə ilə gündəm” verilişində gey və translara qarşı təhqiramiz açıqlamalar verib. O, iddia edib ki, Azərbaycandakı gey və translar yalnız “fahişəlik edərək pul qazanırlar”, halbuki xaricdəki geylər daha faydalı işlərlə məşğuldurlar.
Çıxışı zamanı aktyor belə qeyd edib:
“İnsanları qınamağı çoxdan buraxmışam. Biri özünü qadın kimi hiss edə bilər. Onun estrogeni çoxdur. Kimi görmüsünüz ki, özünü qadın kimi hiss edib anasının paltarını geyinib, evdə düşbərə bişirsin? Yoxdu. Bizdəkilər özünü fahişə kimi aparır. Qadın kimi hiss etmək ancaq fahişəlikdən ibarətdirsə, etmə”.