Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Yerli

Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Qıy Vaar! Sentyabr 8, 2025

Bu haqda Aleks Qıy Vaar!-a deyir ki, o o təlimdə iştirak etmək üçün Kişinyova gedib. Hava limanına çatdıqda isə pasport yoxlanış məntəqəsində onu saxlayıblar.

Aleskin sözlərinə görə orada polis əməkdaşları tərəfindən transfobiya, təhqir və pis rəftarla üzləşib: “Onlar adım və görünüşümlə bağlı rus dilində zarafatlar edir, mənə müxtəlif adlar taxaraq xitab edir və təhqiramiz sözlər deyirdilər. Bütün pasport nəzarətçiləri yığışaraq mənə baxıb gülürdü. Məni bir otağa salıb orada qalmağımı dedilər və pasportumu götürdülər. Onlardan nə soruşsam cavab ala bilmirdim, sadəcə gülürdülər və heç nə demirdilər” – o, deyir.

Aleks bildirir ki, 1 saata yaxın qanunsuz saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona gender kimliyi, pasportdakı adı ilə görünüşü arasındakı “uyğunsuzluq”, həmçinin, jurnalist olması məsələlələri üzərindən təzyiq edilib. Hava limanının baş polisinin otağına aparıldığını bildirən fəal, orada şəxsi həyatı, jurnalist və siyasi fəaliyyəti ilə sorğu-sual edildiyini deyir:

“Məndən soruşdular ki, “Siyasi jurnalistsən, ya yox, bizə bunun cavabını de və səni buraxaq”. Mən onlardan niyə belə rəftar göstərdiklərini soruşduqda isə “Sən şübhəlisən, yaşın, fəaliyyətin və görünüşün uyğun gəlmir” cavabını verdilər.

Proses boyu mənə kişi adları ilə müraciət edir, ana dillərində söyüşlərlə təhqir edir və sözlərimə məhəl qoymurdular. Təxminən 10-a yaxın polis utanmadan mənə gülür, qeybət edirdi. Məni bilərəkdən səhv otaqlara göndərib sonra bunun üzərindən məsxərə edirdilər” – o, əlavə edir.

Aleks üzləşdiyi rəftarla bağlı artıq Azərbaycanın Moldovadakı Səfirliyi ilə əlaqə saxlayaraq görüş randevusu götürüb və konsulla görüşərək şikayətini ona çatdıracağını deyir.

Paylaş

Continue Reading

Previous: Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
Next: Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik

Related Stories

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Yerli

Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

Sentyabr 8, 2025
Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib
  • Yerli

Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib

Sentyabr 5, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.