Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Yerli

Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq

Qıy Vaar! Sentyabr 8, 2025

Azərbaycandan olan iki film “Fringe! Queer Film & Arts” Festvilanında nümayiş olunacaq.

Bu ay Londonda keçiriləcək festivalda nümayiş etdiriləcək əsərlər Mehriban Kərimovanın çəkdiyi Home Within və Nərgiz Məmmədlinin çəkdiyi CityScape Dreams filmləridir.

“Home Within” yəni, “İçimdəki Ev” filmi cəmiyyətin stereotipləri və sosial təzyiqləri ilə üzləşən bir gəncin həyatına fokuslanır. Əsas məqsəd, cəmiyyətdə kuir fərdlərin yaşadığı çətinlikləri və onların ev tapmaq, özlərini ifadə etmək üçün göstərdikləri mübarizəni ön plana çıxarmaqdır. Film, bakılı gənc trans qadın Karmenin hekayəsini izləyir – o, öz kimliyinə sadiq qalaraq təhlükəsiz bir məkan tapmağa çalışır. Nəticə etibarilə, film qəbul olunmaq və bir yerə aid olmaq üçün aparılan ümumbəşəri axtarışı təsvir edir.

Filmlərin festivalın tərkibində nümayiş etdiriləcəyi “Make yrself at Home” kategoriyası, ev qurmaq, miqrasiya hekayələri, seçilmiş ailələr, aşiq olmaq və cəmiyyətdə mövcud olmağın yeni sərhədsiz yollarını yaradmaq hekayələri arasında saysız-hesabsız təzahürlərə kuir baxışla bağlıdır.

Fringe! Queer Film & Arts Fest, 2011-ci ildən bəri Londonda keçirilən, kuir yaradıcı cəmiyyətə əsaslanan və tamamilə könüllü idarə olunan bir festivaldır. Hər il payızda keçirilən festivalda dünya miqyasında LGBTQ+ hekayələrini təqdim edən müxtəlif film, sənət və tədbirlər nümayiş olunur. Festival, eksperimental filmlərdən və quraşdırmalardan tutmuş, seminarlar və canlı müzakirələrə qədər bir sıra müxtəlif tədbirlər təklif edir. Həmçinin, tədbirlər və filmlərin bir çoxu sərbəst və ya münasib qiymətlərlə təqdim olunur, bu da festivalı həm əyləncəli, həm də tənqidi bir sahəyə çevirir.

Paylaş

Continue Reading

Previous: Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
Next: Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Related Stories

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Yerli

Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”

Sentyabr 9, 2025
Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Yerli

Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb

Sentyabr 8, 2025
Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib
  • Yerli

Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib

Sentyabr 5, 2025

Son Postlar

  • Aktyor Kamran Ağabalayev: “Xaricdə geylər fond yaradır, bizdəkilər fahişəlik edib pul qazanır”
  • Türkiyədə etirazlar yenidən qızışır: Hadisələrin xronologiyasını təqdim edirik
  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.